Bu gecə saatların əqrəbi irəli çəkiləcək

img

27-03-2010 [12:51]


Azərbaycan yay vaxtına keçməyə hazırlaşır. Bu gecə saat 04:00-da saatların əqrəbi 1 saat irəli çəkiləcək. Bununla da, həmin andan etibarən Azərbaycanda yay vaxtına keçid tətbiq olunmuş sayılacaq. Qeyd edək ki, Azərbaycanda yay vaxtına keçid Nazirlər Kabinetinin qərarı əsasında 17 mart 1997-ci ildən həyata keçirilir. Nazirlər Kabinetinin qərarına əsasən, hər il martın son bazar gününə keçən gecə Azərbaycan yay vaxtına keçir və saatlar bir saat qabağa çəkilir. Oktyabrın son bazar gününə keçən gecə isə qış vaxtına keçid olur və saatlar bir saat geri çəkilir. Mütəxəssislərin fikrincə, saat əqrəblərinin bir saat irəli, ya geri çəkilməsi əhalinin yalnız 10-15 faizində narahatlıq yarada bilər. 2-3 gündən sonra isə bu, vərdiş halına düşür.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA