Direktor işdən çıxarıldı - Nöqsana görə...

img

13-04-2016 [15:05]


Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsində daha bir kadr dəyişikliyi olub.

Bu barədə Mədəniyyət və Turizm Nazirliyindən Mia.az-a verilən məlumata görə, Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin şəbəkəsinə daxil olan Məlumat Reklam Müəssisəsinin direktoru Vəliyev Seymur Namazəli oğlu işdə buraxdığı nöqsanlara görə İdarənin müvafiq əmri ilə tutduğu vəzifədən azad olunub. 

Məlumatda o da bildirilib ki, İdarənin tabeliyində olan mədəniyyət müəssələrində əmək fəaliyyətinin iş prinsiplərinə uyğun səmərəli qurulması, nizam-intizam qaydalarına riayət edilməsi məqsədi ilə bağlı kadr dəyişiklikləri davam edir.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA