“AGBank” ASC-nin rəhbərliyində dəyişiklik – SİYAHI

img

13-04-2016 [13:03]


"AGBank" ASC-nin rəhbərliyində dəyişiklik olub.

Bankdan Mia.az-a daxil olan məlumata görə, bu barədə qərar səhmdarların ümumi yığıncağında qəbul olunub.

İclasın sonunda keçirilən səsvermə nəticəsində bankın Müşahidə Şurasının və Audit Komitəsinin tərkibində müəyyən dəyişikliklər edilib: "Mixail Fransev Audit komitəsinin yeni üzvü, İdarə Heyətinin sabiq sədri Azər Mövsümov isə Müşahidə Şurasının üzvü seçiliblər. İdarə Heyəti sədrinin vəzifələrinin müvəqqəti icraçısı İdarə Heyəti sədrinin müavini Əfqan Cəlilov təyin edilib".

Məlumatda o da qeyd edilib ki, yaxın gələcəkdə bankın strukturunda əlavə dəyişikliklər gözlənilir. 


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA