Şəmkirdə evdə partlayız olub, üç nəfər yaralanıb

img

26-03-2010 [03:47]


Şəmkir rayonunda partlayış baş verib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, hadisə dünən saat 14.00 radələrində rayonun Yeniabad kəndində olub. Kənd sakini Nadir Əhmədovun evində qaz sobası ilə ehtiyatsız davranıldığından ani partlayış baş verib. Nəticədə dağıntı olmasa da N.Əhmədov və qonaqları - Rövşən Əhmədov və Yaşar Hüseynov müxtəlif dərəcəli bədən xəsarəti alaraq rayon xəstəxanasına yerləşdiriliblər. Faktla bağlı araşdırmalar aparılır.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA