Ermənilər Azərbaycanlı jurnalisti hədələdilər - "Başını kəsəcəyik"

img

12-04-2016 [11:22]


Türkiyənin "İhlas" xəbər agentliyinin Rusiyadakı əməkdaşı, soydaşımız Fuad Abbasov son günlər Rusiya telekanallarında dəvət olunduğu proqramlardakı çıxışları ilə daha da populyarlaşıb.
Mia.az milli.az-a istinadən bildirir ki, Azərbaycan və Türkiyənin terrorizmə, separatçılığa qarşı apardığı mübarizəni rusiyalı tamaşaçılara çatdırmağa çalışan, dəvət olunduğu studiyalarda ermənilərə və ermənipərəst marioenetkalara qarşı məntiqli çıxışları ilə yadda qalan jurnalisti ermənilər ölümlə hədələməyə başlayıblar.
Feysbuk-da Zaven Harutyunyan adlı erməni F.Abbasova ünvanladığı mesajda yazıb: "Harada yaşadığını və işlədiyini bilirik. Bundan sonra ətrafına diqqətlə bax".
Karen Havetisyan isə yazıb: "Səni Moskvada görsəm, sənin də, ailənin də başlarınızı kəsəcəyəm".

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA