Maliyyə Bazarlarına Nəzarət Palatasının rəhbərliyinə yeni təyinat oldu – Fəxriyar Cabbarova vəzifə verildi

img

12-04-2016 [11:12]


Maliyyə Bazarlarına Nəzarət Palatasının rəhbərliyinə yeni təyinat olub.

Fəxriyar Cabbarov Palatanın İdarə Heyətinə üzv olub. O, hüquq məsələlərə kuratorluq edəcək(APA).

Qeyd edək ki, bundan öncə F. Cabbarov "Synergy Group" ASC-nin Müşahidə Şurasının üzvü, daha sonra isə İdarə Heyəti sədrinin I müavini vəzifəsində çalışıb.

Qeyd edək ki, Maliyyə Bazarlarına Nəzarət Palatasının baş icraçı direktoru İbrahim Alışovdur.

Palatanın Direktorlar Şurasının sədri Rüfət Aslanlı, sədr müavini Nigar Məmmədova, üzvü isə İlqar Muradovdur. 


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA