12-04-2016 [10:49]
Xalq artisti Aygün Kazımovanın səhhəti ilə bağlı yaranan xəbərlər böyüməyə başlayıb.
Ötən gün müğənni mətbuata açıqlamasında ağır xəstəliyinin olması barədə yayılan xəbəri təkzib edib. Aygün Kazımova vəkil Fərid Həsənovu yalan məlumat yaymaqda ittiham edib. Müğənni bildirib ki, o, plastik əməliyyat olunmaq üçün Türkiyəyə gedib, heç bir ağır xəstəliyə tutulmayıb.
Bu gün isə Natəvan Həbibinin vəkili Fərid Həsənov Ədliyyə Nazirliyinin İcra Şöbəsinin müğənninin ağır xəstəliyə tutulması ilə bağlı verdiyi sənədin nüsxəsini redaksiyamıza göndərib. Vəkil bildirir ki, yayılmış məlumat həqiqətdir və xalq artisti Aygün Kazımovanın məhkəmə qətnaməsinin icrasını müxtəlif bəhanələr gətirərək uzatması qeyri-mümkündür.
Sənəddə qeyd olunur:
"İş üzrə borclu Kazımova Aygün Ələsgər qızı 25.12.2015 tarixli ərizə ilə Şöbəyə müraciət edərək, səhhətində ağır problemlərin olduğunu və bununla əlaqədar Azərbaycan Respublikasının hüdudlarından kənara müalicə üçün getməli olduğunu bildirib. Bu səbəbdən onun üzərinə qoyulmuş məhdudiyyət götürülmüşdür”.
26.12.2015 tarixli 17/70 5373/11 nömrəli məktub Nəsimi Rayon İcra Şöbəsinin icra məmuru, II dərəcəli ədliyyə qulluqçusu Ramiz Quliyev tərəfindən imzalanıb.
Vəkil Fərid Həsənov onu da əlavə edib ki, icra şöbəsi sadəcə ərizə əsasında məhdudiyyəti götürə bilməz. Bu səbəbdən həqiqətən də Aygün Kazımovanın səhhətində ağır problemlərin olduğunu təsdiq edən sənədlər işə əlavə edilib, bunu icra şöbəsi də təsdiq edə bilər. Vəkil onu da bildirir ki, əgər Aygün Kazımova sağlam olduğunu söyləyibsə, onda belə çıxır ki, xalq artisti İcra Şöbəsini və Məhkəməni aldadıb, yalan arayış təqdim edib.(Qafqazinfo).


Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi