12-04-2016 [09:19]
Ədliyyə Nazirliyi Penitensiar Xidmətin rəisi vəzifəsinə təyinat yubanır. 5 aydan bir qədər artıq müddətdir ki, bu posta namizədlərin sırasından seçim edilmir.
2011-ci ildən 2015-ci ilin oktyabrına qədər bu vəzifəni hazırda Dövlət Təhlüksəizlik Xidmətinin (DTX) rəisi olan general-leytenant Mədət Quliyev tutub. Onu Milli Təhlükəsizlik Nazirliyindəki (MTN) məlum olaylardan dərhal sonra hakimiyyətin etibarlı kadrlarından biri kimi quruma nazir müavini təyin etdilər.
Az sonra isə MTN ümumiyyətlə buraxıldı və bazasında DTX yaradılaraq M.Quliyev bu quruma rəis təyin olundu. Buna qədər Penitensiar Xidmətin rəhbərliyinə M.Quliyevin qayıdacağı haqda fikirlər olsa da, təyinatdan sonra vəziyyət tam aydınlaşdı. Hazırda Penitensiar Xidmətin rəisi vəzifəsi boşdur. Aylardır ki, qurum rəhbərliyinə ən müxtəlif şəxslərin gətiriləcəyi haqda müzakirələr aparılır.
Ən real namizəd kimi hazırda Penitensiar Xidmətin rəisi vəzifəsini icra edən, illərdir qurumda rəis müavini vəzifəsini tutan Hüseynağa Əlixanovun adı çəkilir. H.Əlixanovun öz işini bilən, qüsursuz xidmət aparan kadrlardan olduğu deyilir. Bildirilir ki, H.Əlixanovun təyinatı üçün elə bir ciddi problem yoxdur. Bununla belə, qurum rəhbərliyinə iddialı olanlar da az deyil.
Məsələnin bu tərəfi də var ki, H.Əlixanov kimi Penitensiar Xidmətdə müavin olan Nizaməddin Cəlilovun da, Penitensiar Xidmətin əməliyyat üzrə rəisi Mirsaleh Seyidovun da adları bu posta iddialılar sırasında çəkilir. Ədliyyə Nazirliyi Cəzaların İcrasına Nəzarət Müfəttişliyinin rəisi Malik Ələkbərovun da bu posta təyinat alma şansı olduğu deyilir. Bir müddət əvvələ qədər İsmayıllının keçmiş polis rəisi Nizami Qocayevin də adı bu posta əsas iddialı şəxs kimi çəkilirdi. Son nəticədə Nizami Qocayev Məhkəmə Qərarlarının İcrası Baş İdarəsinin Gəncə regional şöbəsinə təyinat aldı.
Azərbaycanda heç kimin gözləmədiyi şəxsin bu və ya digər posta təyinatı praktikası geniş yayılıb. Bu səbəbdən də tamamilə mümkündür ki, Penitensiar Xidmətin rəisi postuna təyinat zamanı da bu praktikaya müraciət oluna bilər.
Məsələn, rəis təyin olunacaq şəxs ədliyyə sistemindən deyil, DİN və ya prokurorluq sistemindən gətirilə bilər. Bu baxımdan adları çəkilən namizədlərin hansının təyin olunacağını proqnozlaşdırmaq da çətindir.
Musavat.com
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi