11-04-2016 [20:10]
"Bu gün torpağa tapşırılan qəhrəman pilotumuz Təbriz Musazadə ulu Borçalının (Dmanisi rayonu) Yaqublu kəndinin Qarabağ uğrunda gedən döyüşlərdə canından keçmiş sayca üçüncü şəhididir. Mən bu məqamı xüsusi fərqləndirmək istəməzdim. Çünki harada, hansı bölgədə yaşamasından asılı olmayaraq Azərbaycanın ərazi bütövlüyü uğrunda həyatını itirmiş hər bir Vətən övladı fəxrimizdir, başımızın tacıdır".
Mia.az xəbər verir ki, bu sözləri Mətbuat Şurasının sədri, deputat Əflatun Amaşov deyib.
Onun sözlərinə görə, Borçalı da Azərbaycan türklərinin Vətənidir:
"Burada Azərbaycanla Gürcüstan arasında sərhəd xəttinin mövcudluğunun heç bir önəmi yoxdur. Çünki o xətləri aşan mənəvi bağlılıq telləri var. O tellərin nəticəsidir ki, Borçalı türkləri Azərbaycanı özlərinə Vətən bilirlər. Vətən uğrunda yaşadıqları kimi, onun üçün ölür və öldürürlər də. I Qarabağ müharibəsində Borçalılar 500-ə qədər şəhid vermişdi".
Ə.Amaşovun sözlərinnə görə, aprelin 1-dən 2-nə keçən gecə cəbhə xəttində gərginliyin yarandığı və müharibə ab-havasının yaşandığı bir dövrdə mindən çox Borçalı türkü savaş əzmini ifadə edib:
"Tbilisidə, azərbaycanlılar yaşayan rayonlarda etiraz aksiyaları keçirildi... Bu əzmin nəticəsi idi ki, Gürcüstan dövləti də Azərbaycanın haqq işinə münasibətdə birmənalı həmrəylik göstərdi. Gürcüstan həm də öz vətəndaşının haqq işinə dəstək olmaqla Azərbaycanla dostluq ənənəsinə sadiqlik nümayiş etdirdi.
Əlbəttə, Borçalı türklərinin Azərbaycan və Qarabağ mütəşəkkilliyi ilə bağlı daha nələrisə də diqqətə çatdırmaq mümkündür. Digər tərəfdən, bu məqamlar deyilməyə də bilər. Çünki Vətənə xidmət mübhəm duyğudur, açıqlanmır, qabardılmır. Borçalılılar da bunu beləcə qəbul ediblər və əminəm ki, əməli fəaliyyətləri ilə Vətənlərinə bağlılıqlarını hər zaman ifadə edəcəklər. Ona da əmin olmaq istəyirəm ki, Borçalı türklərinin cəbhədə hərbi əməliyyatlar getdiyi bir vaxtda fəaliyyətsiz dayandıqlarını bildirənlər ən azından obyektiv olacaq, gələcəkdə bu sayaq fikirlər səsləndirməkdən uzaq duracaqlar".
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi