11-04-2016 [18:10]
ATƏT PA-nın Büro iclasında Siyasi məsələlər və təhlükəsizlik komitəsinin "Parlament əməkdaşlığının 25 illiyi: Dialoq vasitəsilə etimad yaratmaq" adlı qətnamə layihəsi müzakirə olunub.
Mia.az xəbər verir ki, müzakirələrdə komitənin sədr müavini və Büro üzvü Azay Quliyev çıxış edərək ATƏT PA-nı Ermənistan-Azərbaycan münaqişəsinin həlli ilə bağlı aydın və prinsipial mövqe bildirmədiyi və bu istiqamətdə ayrıca bir sənəd qəbul etmədiyi üçün tənqid edib.
A.Quliyev bildirib ki, ATƏT PA Ukrayna, Moldova və Gürcüstanda mövcud münaqişələrlə bağlı ayrıca qətnamə qəbul etdiyi və həmin ölkələrin ərazi bütövlüyünü birmənalı dəstəklədiyi halda, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı fərqli mövqe sərgiləyir.
O, qeyd edib ki, bütün beynəlxalq təşkilatlar, xüsusilə BMT Baş Assambleyası, BMT Təhlükəsizlik Şurası, Avropa Parlamenti, Avropa Şurası Parlament Assamblyeası qəbul etdiyi qətnamələrdə, ATƏT-in Minsk qrupunun ABŞ-dan olan həmsədri Ceymis Uorlikin verdiyi bəyanatlarda Ermənistana çağırış edilir və Azərbaycanın işğal etdiyi ərazilərdən çıxması tələb olunur: "Münaqişə ilə bağlı mandat yalnız ATƏT-ə verilsə də, bu qurumun Parlament Assembleyası heç vaxt açıq və birmənalı mövqe bildirməyib. Buna son qoymaq lazımdır. Qoşunların təmas xəttində baş verən son hadisələr bir daha göstərdi ki, beynəlxalq qurumlar, xüsusilə ATƏT qısa zamanda təsirli tədbirlər görməsə, işğalın nəticələri aradan qalxmasa, aprelin 2-də baş verən hadisələrin daha böyük həcmdə və daha çox insan itkisi ilə təkrarlanmamasına və munaqişənin yenidən alovlanmamasına heç kim zəmanət verə bilməz. Atəşkəsi daim etmək üçün məsələni birdəfəlik həll etmək lazımdır. Ona görə təklif edirəm ki, hələlik ayrıca sənəd qəbul edilənə kimi, müzakirəyə təqdim edilən hazırkı qətnamə layihəsinə iki ayrı maddə əlavə edilsin:
1. ATƏT PA BMT Təhlükəsizlik Şurasının qətnamələrində tələb edildiyi kimi, Ermənistanın silahlı qüvvələrini işğal etdiyi bütün Azərbaycan ərazilərindən dərhal və qeyd-şərtsiz çıxarmağa çağırır;
2. ATƏT PA Ermənistandan işğal etdiyi ərazilərdə qanunsuz iqtisadi və maliyyə fəaliyyətini, Ermənistan və digər ölkələrdən köçürülən ermənilərin işğal olunmuş ərazilərdə qanunsuz məskunlaşmasını, işğal olunmuş ərazilərdəki maddi və tarixi abidələrin özgəninkiləşdirilməsi və xarakterinin dəyişdirilməsi, işğal etdiyi ərazilərdə demoqrafik vəziyyətin süni şəkildə dəyişdirilməsini pisləyir və bu qanunsuz əməlləri dayandırmağa çağırır".
Daha sonra büroda ATƏT PA-nın Cənubi Qafqaz üzrə xüsusi numayəndəsi Kristian Vigenin hesabatı dinlənilib.
K.Vigen Azərbaycanda mart ayında çoxlu sayda məhbusların əfv edilməsini, bəzilərinin məhkəmə qərarları ilə azad olunmasını müsbət qiymətləndirib.
Həmçinin aprelin 2-də Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttində baş vermiş toqquşma, ölən və yaralananlar haqqında məlumat verib və cəbhədə atəşkəsə əməl olunduğunu bildirib. O, ATƏT-in Minsk qrupunun daha aktiv olması və problemin həllinə yardım etməsini və bu prosesə ATƏT PA-nın töhvə verməsinin vacibliyini də qeyd edib.
Müzakirələr zamanı söz alan millət vəkili A.Quliyev təmas xəttində baş verən hadisələrə aydınlıq gətirib:
"Son zamanlar Ermənistanın silahlı təxribatı üzündən təmas xəttində baş verən hadisələr həqiqətən çox üzücüdür. Burada sizin diqqətinizi iki mühüm məsələyə cəlb etmək istərdim. Birincisi, məlumunuz olsun ki, təmas xətti boyunca Ermənistanın nəzarət/işğal etdiyi ərazilərdən fərqli olaraq, Azərbaycan tərəfdə yaşayış məntəqələri təmas xəttinə çox yaxındır və beləcə mülki əhali daima Ermənistanın hədəfinə çevrilir. Məhz bu səbəbdən Ermənistanın hücumları nəticəsində mülki əhalimiz arasında itkilər və yaralılar var. 6 vətəndaş, o cümlədən 16 yaşından kiçik 2 uşaq öldürüldü, 24 mülki şəxs müxtəlif xəsarətlər aldı. 206 şəxsi evə, 69 elektrik dirəyinə, 28 məktəbə böyük ziyan vurulub. İkinci mühüm məqam odur ki, Azərbaycan öz torpaqlarında öz insanlarını müdafiə edir. Biz Ermənistan torpaqlarını işğal etməmişik və Ermənistanla hər hansı bir neytral ərazidə vuruşmuruq. Onu da qeyd edim ki, silahlı provokasiyanın qarşısını almaq və mülki əhalinin təhlükəsizliyini qorumaq üçün Azərbaycan silahlı qüvvələri cavab tədbirlərini gördü. Buna baxmayaraq, aprelin 3-ü beynəlxalq ictimaiyyətin çoxsaylı müraciətlərini nəzərə alaraq, münaqişənin siyasi yolla həllinə sadiqliyini nümayiş etdirmək üçün Azərbaycan təmas xətti boyunca bütün əks-hücum tədbirlərinin birtərəfli qaydada dayandırılmasını elan etdi".
A.Quliyev bir daha qeyd edib ki, Azərbaycan Ermənistanla müharibə etmək istəmir: "Biz qan tökülməsini istəmirik. Biz gənc əsgərlərin və mülki əhalinin ölməsini istəmirik. Eyni zamanda, mən onu da bildirmək istəyirəm ki, biz münaqişəni həll etməyən və danışıqları imitasiya edən proseslərdə maraqlı deyilik. Bizim danışıqlar fonu yaratmaq xatirinə sonsuz bir prosesdə iştirak etmək niyyətimiz yoxdur. Münaqişə Azərbaycanın ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində həll edilməlidir və bunun alternativi yoxdur. Ermənistan danışıqlarda səmimiyyət nümayiş etdirib Azərbaycanın torpaqlarından çıxmalıdır. ATƏT-in Minsk qrupundan və onun həmsədrlərindən bu istiqamətdə təsirli addımlar atmasını gözləyirik".
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi