11-04-2016 [17:59]
Azərbaycanın ərazi bütövlüyü uğrunda xalqımızın qəhrəman övladları canlarından keçərək şəhidlik zirvəsinə ucalıblar. Cəbrayıl rayonunda doğulub boya-başa çatmış Əhməd Teymur oğlu Məmmədov da belə qəhrəmanlarımızdandır.
O, 1994-cü ilin bu günündə (11 aprel) Ağdam rayonunun müdafiəsi uğrunda gedən döyüşlərdə şəhid olub.
Şəhidin övladı, tanınmış jurnalist Zaur Əhməd atası ilə bağlı xatirələrini bölüşüb.
Deyib ki, atası Ağdam rayonunun Çəmənli, Güllücə, Gültəpə yüksəklikləri və kəndlərinin müdafiəsi uğrunda gedən döyüşlərdə həlak olub:
"Özü Sumqayıt batalyonunda xidmət edirdi. Ordu sıralarına könüllü yazılmışdı. Cəbrayıl rayonu işğalı olunduqdan sonra bizim qohumlar, babam, nənəm Sumqayıta - yataqxanadakı evimizə gəldilər. Babamın, nənəmin xəstə olmağına baxmayaraq, atam fikirləşmədən ön cəbhəyə getdi. Aprel ayının 11-də gedən döyüşlərdə şəhid oldu”.
Zaurun həmin vaxt 10 yaşı olub. Dediyinə görə atasıgilin döyüşü o zaman ölkədə böyük rezonans doğurubmuş: "Hətta mərhum prezident Heydər Əliyev hadisə ilə bağlı televiziyada çıxış edib, şəhid ailələrinə başsağlığı verib”.
Atası ilə bağlı xatirələrinə gəlincə, Zaur deyir ki, atam ünsiyyət baxımından çox mühafizəkar olub:
"Elə də ünsiyyətimiz olmayıb, həmişə arada pərdə saxlayıb. Mən öz qohumlarımız arasında onun kimi adam tanımırdım. İstər vətənə, istər insanlara fərqli yanaşması var idi.
Axrıncı dəfə hərbi hissəyə gedəndə evdə maddi vəziyyət çox ağır idi. Deyirdi ki, cəbhə bölgəsində elə yoldaşlar var, ümumiyyətlə evlərinə gəlmir. Camaat orda qanından-canından keçir, bəziləri burda qarnın güdür...
Dedi, mən iki günlük gəlmişəm, qayıtmalıyam. Onları tək qoya bilmərəm”.
Şəhid övladının sözlərinə görə,atası ailəcanlı olsa da, müharibə başlayandan sonra ailəsi, valideyinləri onun üçün ikinci olub, vətən önə keçib: "Müharibə başlayandan fikri o idi ki, mən qala bilmərəm. Son döyüşdə onun çıxmaq, sağ qalmaq imkanları olduğu halda döyüş yolaşlarını meydanda tək qoymayıb. Bunları döyüş yoldaşları danışıb. Mən də atama baxıb dövləti, vətəni, milləti sevməyi öyrənmişəm”.

Ailədə 3 uşaq olduqlarını deyzn Zaurun iki bacısı var. Bu gün cəbhədə şəhid olan mayorun, polkovnik-leytenantın həyat yoldaşlarının müsahiblərini oxuduğunu bildirən Z.Əhməd "Bu hissi yaşamayan dərk edə bilməz. Çox qəribə hissdir. Mən arzu edirəm ki, kimsə hansısa əzizini vaxtsız itirəndə qoy elə onu vətən yolunda itirsin”,-deyir.
Zaur jurnalist olsa da, müharibədən kənarda qalmaq fikrində deyil: "Hərbi əməliyyatlar başlayan anda ehtiyatda olan əsgər kimi orduya getməyə hazıram. Bunu müsahibə xatirinə, boğazdan yuxarı demirəm. Ən azından atamın ruhu qarşısında o borcu verməliyəm”.

Son günlər cəbhədəki döyüşlərdə itkilər verdik, şəhidlərimiz oldu. Zaur həmin şəhidlərin övladlarına, ailələrinə səbr diləyir: "Mən onların müsahiblərini, açıqlamalarını görəndən sonra, onların "Vətən sağ olsun!”- sözünü necə mərdliklə, qürurla dediklərinin şahidi oldum. İçində bu cür vətən, yurd sevgisi olan insanlara məsləhət vermək də yersiz olardı.
Bu gün atamın şəhid olmasından 22 il keçir. Sumqayıtda kimyaçılar məhləsindəki abidəni ziyarət etdik. Şəhidlər Xiyabanını ziyərət elədim. Xiyabanda olarkən son günlər şəhid olan əsgərlərimizin qəbrlərini də ziyarət etdim. Bura çoxlu sayda insanlar gəlir. Bu, çox müsbət haldır. Bu ziyarətə, bu sevgiyə görə bu vətənin uğrunda ölməyə də, öldürməyə də dəyər. Hesab edirəm ki, ağrılı da olsa, Şəhid övladı olmaq şərəflidir”.
Unikal.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi