11-04-2016 [16:48]
Vaşinqtonda Azərbaycan və Gürcüstanın ABŞ-dakı səfirlikləri və Kolumbiya federal dairəsinin Kiçik və yerli biznes inkişafı departamentinin birgə təşkilatçılığı ilə "Azərbaycan və Gürcüstanda biznes imkanları” mövzusunda seminar keçirilib.
Azərbaycanın adıçəkilən ölkədəki səfirliyindən Mia.az-a verilən məlumata görə, ABŞ-Azərbaycan Ticarət Palatası və Amerika-Gürcüstan Biznes Şurasının dəstəyi ilə Gürcüstanın ABŞ-dakı səfirliyində təşkil edilmiş bu tədbir çərçivəsində regionumuzun biznes mühiti və investisiya imkanları barədə ətraflı məlumat verilmişdir.
Tədbirdə ABŞ-dakı səfirliyimizin müşaviri Fəxrəddin İsmayılov Azərbaycan və ABŞ arasında mövcud olan strateji tərəfdaşlıq barədə danışaraq, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Nüvə Təhlükəsizliyi Sammitində iştirak məqsədilə ötən günlərdə Vaşinqtona səfəri çərçivəsində ABŞ rəhbərliyi ilə keçirilmiş yüksək səviyyəli görüşlərin ikitərəfli münasibətlər, o cümlədən iqtisadi əməkdaşlığın genişləndirilməsi baxımından daşıdığı mühüm əhəmiyyəti vurğulayıb. Əlaqələrin inkişafı baxımından müqavilə-hüquqi bazasının vacibliyini qeyd edən Azərbaycan diplomatı bu mənada aprelin 6-da iki ölkə arasında imzalanmış Açıq Səma Sazişinin yeni imkanlar açacağını bildirib.
Daha sonra ABŞ-Azərbaycan Ticarət Palatasının icraçı direktoru Süsən Sadıqova ölkəmizdə mövcud əlverişli biznes mühiti, xarici investorlar üçün yaradılan cəlbedici şərait, potensial sərmayə layihələri və yerli istehsal imkanlarının perspektivlərinə dair təqdimatla çıxış edib.
Gürcüstan tərəfindən tədbirdə bu ölkənin ABŞ-dakı səfirliyinin elçisi Giorgi Tsikolia çıxış etmişdir. O, öz növbəsində Gürcüstanda biznes mühiti barədə məlumat vermiş və eləcə də regionumuzda həyata keçirilən enerji və nəqliyyat layihələrinin əhəmiyyətindən söz açıb.
Qeyd edilməlidir ki, regionumuza həsr olunmuş bu kimi birgə tədbirlərin təşkili Azərbaycan ilə Gürcüstan arasında yaranmış strateji tərəfdaşlığın uğurunun bariz nümunəsi olmaqla yanaşı, ABŞ ictimaiyyəti tərəfindən daha maraqla qarşılanır.
Bundan əlavə, Azərbaycan və Gürcüstana ticarət missiyası ilə səfərlərin təşviqi məqsədilə seminar iştirakçılarına hər iki ölkənin iqtisadi və sərməyə imkanları, o cümlədən turizm potensialı haqqında çap materialları paylanılıb.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi