11-04-2016 [13:59]
Bakı şəhəri Yasamal rayonu Şeyx Məhəmməd Xiyabani küçəsi ev 95-də kirayədə yaşayan Əliyev Səfər Nəsib oğlu tərəfindən Mia.az-a şikayət məktubu daxil olub.
Şikayətçi yazır ki, Binəqədi rayon İcra hakimiyyətinin Mirpaşa adlı işçisi və Xocasən bələdiyyəsinin sədri Anar Abbasov qanunu qaydada aldığı torpaq üzərində ev tikmək üçün ondan 4000 manat rüşvət istəyir:
"İmkanımız olmadığı üçün onun istədiyi pulu verə bilmədik, buna görə də ev tikməyimizə qanunsuz olaraq icazə vermir və utanmadan polisə bu barədə şikayət edib. Ancaq Binəqədi rayonu Höküməli qəsəbəsində yerləşən həmin 3 sot torpağı sahibindən qanunu qaydada pulumuzu verib almışıq və buna dair sənədlərimiz də var. Həmin sənədlər həyat yoldaşımın adınadır.
Qeyd edim ki, həmin ərazidə torpaqları vətəndaşlar bu qaydada satın alıb üzərində ev tikdiriblər. Əgər mənim sənədlərimin həmin sənədlərdən bir fərqi varsa, buyurub yoxlayıb, ondan sonra qadağa qoysunlar.
Bunun bir səbəbi və fərqi var ki, ev tikənlər Binəqədi Rayon İcra Hakimiyyətinə və Xocasən bələdiyyəsinin sədri Anar Abbasova istədiyi pulu veriblər. Mənim isə heç bir imkanım yoxdur deyə, qanunsuzluqla üzləşmişəm.
Evin tikintisini isə qohum-əqraba kömək edir".
Şikayətçi yazır ki, uzun illərdi ailəsiylə - iki azyaşlı uşaqla kirayədə yaşayır:
"Özüm Qarabağın azadlığı uğrunda gedən döyüşlərdə iştirakçısıyam.Həyat yoldaşım xəstədir, kirayədə yaşamaqdan zülm çəkirik. Bu korrupsiya cinayəti barədə başda Prezident cənab İlham Əliyev olmaqla, cənab Fuad Ələsgərova, Baş Prokuror cənab Zakir Qaralova, Korrupsiyaya Qrşı Mübarizə Baş İdarəsinin rəisi cənab Kamran Əliyevə, Bələdiyyələrlə İş Mərkəzinin rəisi cənab Mehdi Səlimzadəyə şikayət ərizəsi ilə müraciət etmişəm.Mətbuat vasitəsi ilə də Prezident, Ali Baş Komandan cənab İlham Əliyevə müraciət edib, xahiş edirəm bu korrupsiya faktını yerində yoxlanılıb qanunu tədbir görülməsinə göstəriş verəsiniz.Yoxlanılsın ki, həmin ərazidə tikilən evlərin mənim sənədlərimdən fərqi var, ya yoxdur. Belə olanda Binəqədi Rayon İcra Hkimiyyətinin və Xocasən bələdiyyəsinin yaratdıqları korrupsiya şəbəkəsinin cinayət əməlləri üzə çıxacaq. Xahiş edirəm köməklik edin".
Qarşı tərəfi də dinləməyə hazırıq.
Mia.az
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi