11-04-2016 [10:22]
Qarabağda gedən son döyüşlər zamanı qəhrəmancasına şəhid olmuş polkovnik-leytenant Raqif Orucovun oğlu Aqşin Orucovun atasının döyüş yolu, həyat tərzi, ailəsinə, vətənə münasibəti ilə bağlı maraqlı məqamlarla zəngin müsahibə verib.
– Aqşin, sən neçənci sinifdə oxuyursan?
– 10-da oxuyuram,16 yaşım var.
– Evdə neçə uşaqsınız?
– İki. Məndən kiçik bir qardaşım var, bacımız yoxdu.
– Atanla axırıncı dəfə nə vaxt görüşmüşdün?
– Son dəfə Novruz bayramında, martın 21-də görüşmüşdük.
– Son görüşdə nə danışmışdınız, yadına qalıbmı?
– Əsasən bayram haqqında söhbət elədik. Atam evdə çox otura bilmədi, gəldi, bir az bayram süfrəsindən yeyib-içdi, sonra təzədən qayıdıb getdi. Ondan sonra bir daha atamı görmədim.
– Heç telefonla da danışmadınız?
– Aprelin əvvəllərində cəbhədə vəziyyət qarışandan sonra tez-tez anama zəng eləyir, yaxşıyam deyib telefonu söndürürdü...
– Sonra zəngi gəlmədi?
– Yox. Ölüm xəbəri gəldi.
– Atan neçə ildi hərbidəydi?
– 25 ilə yaxın. Bu illər ərzində atam demək olar ki, ancaq hərbidə olub. 15 günlük məzuniyyət götürürdü, onda da evdə otura bilmirdi. Heç vaxt arxa cəbhəyə meylli olmadı, ancaq ön cəbhədə olurdu. Götürdüyü 15 gün məzuniyyət tamam olmamış qayıdıb gedirdi.
– Atan evdə sizlə vətən haqqında, vətənpərvərlikdən nəsə danışırdımı?
– Atam belə şeylər barədə danışmağı sevməzdi, amma biz ona baxıb ruhlanırdıq. Atamı son mənzilə o cür bir izdihamla yola salınandan sonra fikirləşdim ki, yəqin, hər kəs belə bir ölüm istəyər. Bu, ucuz bir ölüm deyil, böyük bir ölümdür. Bu dəqiqə mən yas yerindəyəm, amma atamın qəbrinin başında mütləq kimlərsə var, halbuki o adamların heç birini tanımıram. Bu qədər insanın yas yerinə gəlməsi, dərdimizi bölüşməsi bizi rahatladır, sakitləşdirir.
– Atanın şəhid olması sənə bir oğul kimi nə dedi?
– Məni hərbiyə daha da həvəsləndirdi, ruhlandırdı.
– Bəs sənə təsəlli verən nədir?
– Atamın şəhid olması, şəhidlik adını qazanması. Bəlkə yol qəzasında dünyasını dəyişsəydi, onun yoxluğuna dözə bilməzdim. Amma atamın mənə şəhid oğlu adını miras qoyması ən böyük təsəllimdi. Küçəyə çıxıram, yola çıxıram, məhəlləyə çıxıram, hər kəs mənə şəhid Orucovun oğlu gözü ilə baxır. Hər kəsin gözlərindən şəhid sözünü oxuya bilirəm. Bütün bunlara görə atama borcluyam.
– Balaca qardaşının neçə yaşı var?
– Qardaşım hələ 4-cü sinifdə oxuyur. 12 yaşı var. Hələ çox şeyi başa düşmür. Daha doğrusu, başa düşür, amma...
– Dərk edə bilmir...
– Bəli, dərk eləmir. Ancaq ağlayır.
– Atan ayın neçəsində şəhid oldu?
– Atamın ölümü ilə bağlı bizə çox gec məlumat verdilər. Qohumlarımız hamısı bilirdi, biz isə aprelin 3-də xəbər tutduq.
– İçində bir ümid var idi ki, atam sağdı, həyatdadı?
– Əvvəlcə bizə demişdilər ki, yaralıdı. Sonra evimizə tabut gətirdilər. Bu ana qədər hamımız ümidliydik ki, həyatdadı, yaşayır... Elə bilirdik ki, xəstəxanaya gətirirlər, sən demə, evə gətirirlərmiş.
– Aqşin, bayaq dedin ki, bu qədər insanın dərdimizə şərik olması bizi sakitləşdirir, təsəlli verir. Bəs hamı çıxıb gedəndən sonra təkbaşına oturub atandan ötrü necə darıxacağını təsəvvür eləyə bilirsənmi?
– Hələ ki ən böyük qorxum da elə budur. Hələ ki o ağrı ilə üzləşməmişik, çünki insanlar bizi tək qoymayıblar. Amma ən böyük qorxduğum tək qalıb atamı düşünməkdi, tək qalıb ondan ötrü darıxmaqdı...
– Sənin 16 yaşın var, amma danışığından görünür ki, çox məntiqli, soyuqqanlı və təmkinlisən. Bu atanın hərbçi xasiyyətidirmi?
– Bəli... Atam da bütün hadisələrə çox soyuqqanlı və təmkinli yanaşardı. Yəqin ki, ondan götürdüyüm, öyrəndiyim şeylərdən biri də belə bir xasiyyətdir.
– Anan da hadisəni belə təmkinlə qarşıladımı?
– Yox, təbii ki, anam üçün çox ağır oldu. Çünki atam anama yaxşı həyat yoldaşı olub. Hələ bir dəfə atamın anama nəsə ağır söz dediyini, xətrinə dəydiyini görüməmişəm, eşitməmişəm. Təkcə anama yox, bizə qarşı da həmişə mülayim davranıb, bircə dəfə də olsun ürəyimizə dəyməyib. Atam çox xoşxasiyyət insan idi. Həm də çox ciddi adam idi. Onun bir baxışından nəyin xoşuna gəlib, nəyin xoşuna gəlmədiyini başa düşə bilirdim.
– İstərdinmi müharibə olmasın?
– Təbii ki, müharibə olmalıdır. Çünki müharibə qaçılmazdı. 25 ildi bizim insanlarımız, ana və bacılarımız vətən həsrəti çəkir. Şəhidin oğlu da şəhid oldu, amma torpaqlarımız hələ də düşmən əsarəti altındadı. Artıq sondur, hücuma keçməliyik, bu məsələyə son qoymalıyıq. Əgər müharibədirsə burda itki də olmalıdır. Texnika nə qədər inkişaf eləsə də, hər şeyi idarə eləyən insandı və insanın vətən sevgisidi.
– Atan yuxuna girmiyib ki hələ?
– Yox, hələ ki qonağım olmayıb.
– Gözləyirsənmi yuxuna gəlsin?
– Bəli, çox gözləyirəm...
– Yuxuda görüşsəniz atana nə deyərsən?
– Təbii ki, onun şəhid olması ilə fəxr edirəm, qürur duyuram. Heç vaxt demərəm ki, atam şəhid olub deyə üzgünəm. Amma yəqin, başa düşərsiniz ki, atasızlıq nə deməkdi. Atam şəhid olub deyə çox qürurluyam, amma atamı itirdim deyə çox məyusam. Yuxuma girsə deyərəm ki, ata, qayıt gəl...
Aznews.az
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi