Dollar kreditləri ilə bağlı - Yenilik

img

10-04-2016 [23:32]


Maliyyə Bazarlarına Nəzarət Palatasının xarici valyutada istehlak kreditlərinin verilməsinin dayandırılmasına dair əlavə məlumat yayıb.

Mia.az xəbər verir ki, Palatadan fins.az-a verilən məlumata görə, qurumun Direktorlar Şurasının iclasının qərarı ilə 5 aprel 2016-cı il tarixdən etibarən Azərbaycanda fəaliyyət göstərən bütün kredit təşkilatları tərəfindən xarici valyutada istehlak kreditlərinin verilməsi bir ay müddətinə dayandırılıb. Və bu qərar xarici valyutada verilən kreditlərin bütün növlərinə aiddir.

"Açıqlanması üçün bir sıra müraciətləri nəzərə alaraq bildiririk ki, qadağa tədbiri istehlak kreditlərinin bütün növlərinə şamil edilir. Bütün növ istehlak kreditlərinə kart, avtomobil, əmanətə bağlı, tam və ya qismən təminatlı və s. növ kreditlər daxildir”.

Bundan başqa, Palatanın məumatına görə, bu qadağanın qüvvədə olduğu müddətdə dollar kreditlərinin şərtləri də dəyişdirilə bilməz: "Bu növ kreditlərin restrukturizasiya edilməsi (müqavilə şərtlərinin dəyişdirilməsi və ya yeni öhdəlik kimi rəsmiləşdirilməsi) qadağanın əhatə dairəsindədir”.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA