Moskvanın Qarabağ qarşılığında Bakıdan istədikləri... - Maqdelina Qrononun sensasion hesabatı

img

10-04-2016 [20:53]


"Cənubi Qafqazda gəginliyin mövcudluğu Rusiyanın marağındadır və o bu bölgədəki problemlərdən öz strateji maraqlarının təmin olunması üçün istifadə edir".

Belə bir fikir Beynəlxlaq Böhran Qrupunun Avropa və Mərkəzi Asiya proqramının direktoru Maqdelina Qrononun hazırladığı hesabat məqaləsində qeyd edilir.

Hesabatda qeyd edilir ki, son hərbi əməliyyatlar nəticəsində Azərbaycan  işğal olumnmuş ərazilərdə müəyyən uğurlar əldə edərək bir sıra strateji yüksəkliklərə nəzarəti ələ keçirib:

"Apreilin 2-dən 4-dək davam edən hərbi əməliyyatlar 1994-cü ildə əldə edilən atəşkəsdən sonra Azərbaycanla Ermənistanla arasında ən  ciddi hərbi eskalasiyadı. Bu eskalasiya bir daha sübut etdi ki, atəşkəs rejimi haqqında əldə edilən müqavilələr kövrəkdir və simvolik xarakter daşıdığından hər an pozula bilər. Ancaq  münaqişənin həllinin tənzimlənməsi ilə məşğul olan ATƏT-in Minsk qrupu  fəaliyyətində bunu nəzərə almadı. Atəşkəs dövründə münaqişə tərəfləri olan Azərbaycan və Ermənistan öz hərbi güclərini artırmaq və silah-sursat əldə edilməsi istiqamətində yarışa girdilər. Enerji ölkəsi olan Azərbaycan bu illər ərzində öz ordusunu qüvvətləndirmək istiqamətində işlər gördü. Vəziyyət o həddə çatdı ki, Azərbaycanın təkcə hərbi sahəyə ayırdığı büdcə bütövlükdə Ermənistanın dövlət büdcəsindən çox oldu. Hər iki ölkənin silah  idxalatçısı Rusiya oldu. Rusiya Azərbaycanla yanaşı, Ermənistanı da silahla təmin etdi ki,  balans bir ölkənin xeyrinə dəyişməsin. Rusiya mütəmadi olaraq Ermənistanı da silahla təmin etdi. Bununla yanaşı Rusiya Ermənistana  hərbi yardım etməklə yanaşı, iqtisadi və digər sahələrdə də öz dəstəyini əsirgəmədi. Baxmayaraq Azərbaycanla Türkiyə Ermənistanı iqtisadi blokadaya salması nəticəsində bu ölkə ciddi  sosial-iqtisadi sıxıntılar içində yaşamaqdadır. Məhz Rusiyanın Ermənistana olan dəstəyi əsasında ermənilər Azərbaycanın işğal etdyi ərazilərdə nəzarəti qoruyub saxlayırlar. Ancaq son hərbi əməliyyatlar nəticəsində Azərbaycan ermənilərin əlində olan bir sıra strateji yüksəklikləri ələ keçirdi. Bu isə döyüş bölgəsindəki balansı dəyişməyə imkan yaradır". 

Hesabatda həmçinin Rusiyanın Ermənistana olan dəstəyi xüsusi qeyd edilir. 

Belə ki, Rusiya Ermənistanı özünə müttəfiq hesab etdiyindən onun silahlandırmaqla yanaşı,  ölkənin təhlükəsizliyinin təmini istiqamətində də bir sıra addımar atıb:

"Ermənistan Moskvanın liderlik etdiyi Avrasiya İqtisadi İttifaqının, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvüdür. Ermənistanın Gümrü şəhərində Rusiyaya  məxsus 102-ci  hərbi baza yerləşir. Bundan əlavə olaraq Rusiya Ermənsitanın  hava hücumundan müdafiə sistemini qurub və  hava məkanını qoruyur. Ona görə də Qərb  bu vəziyyəti dərindən öyrənməlidir. Çünki buradakı münaqişə ocağı Avropa İtifaqının Cənub-Şərq sərhəddinə yaxın bir ərazidə baş verir.

Azərbaycan hər vəchlə işğal olunmuş ərazilərində nəzarəti həyata keçrimək istəyir və fəaliyyətini də  bu istiqamətdə qurub. Azərbaycan ilk mərhələdə ən azından Dağlıq Qarabağ ətrafında işğal olunmuş yeddi rayonu özünə qaytarmağa çalışır. Son hadisələr bunu bir daha sübut etdi. Çünki Azərbaycan artıq münaqişənin həlli ilə məşğul olan ATƏT MQ həmsədrlərinin fəaliyyətinə elə də bel bağlamır. Rəsmi Bakının bu quruma olan inamı itib. Azərbaycandan fərqli olaraq Ermənistan mövcud status-kvonun qorunub saxlanmasına çalışır". 

 Məqalədə qeyd olunur ki, son olaylar ATƏT MQ-ni fəaliyyətini aktivləşdirməyə sövq edəcək və münaqişənin həlli variantları üzərində daha  sıx iş gedəcək. 

Məqalə müəllifi yazır ki,  Avropadan fərqli olaraq münaqişənin həllində yeganə Rusiyadır ki, tərəflərə təsir  etmə mexanizminə malikdir və ona görə də oyunda diqtə edən tərəf olmağa çalışır:

"Buna görə də münaqişənin  tənzimlənməsi zamanı bölgəyə yerləşdiriləcək sülhməramlılar içərisində daha çox Rusiyanın sülhməramlılarının olmasını istəyir. Bundan əlavə Rusiya münaqişənin həllinə yardım edəcəyi təqdirdə Bakı qarşısında bir sıra tələbləri də var. Bunlardan biri də Azərbaycanın Avrasiya İqtisadi Birliyinə qoşulmasıdır. Odur ki, münaqişə edən tərəflərə təsir mexanizminə malik olan Rusiya  bu problemdən öz strateji maraqları üçün  maksimum yaralanmağa çalışır. Bununla belə Rusiya ATƏT MQ ilə birgə atəşkəs rejiminə ciddi əməl olunmasına nail olacaq.

Amma ATƏT MQ gələcəkdə növbəti eskalasiyanın baş verməməsi üçün münaqişənin həlli istiqamətində daha effektli mexanizmlər aramalı və onun həllinə nail olmalıdır. Əks təqdirdə nə qədər münaqişə həllini tapmayıb, aprel hadisələrinin təkrarlanma  riski qalmaqda davam edəcək".

Moderator.az


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA