Göyçayda 3 uzaq atası özünü Yuxarı Şirvan kanalına ataraq intihar edib

img

25-03-2010 [02:23]


Göyçay rayonunda intihar hadisəsi baş verib. Rayon Polis şöbəsindən verilən məlumata görə, martın 24-də axşam saat 21:00 radələrində Ərəbcəbirli kənd sakini, 1951-ci il təvəllüdlü Şıxıyev Fəxrəddin Durasan oğlu özünü yaşadığı evin yaxınlığından keçən Yuxarı Şirvan kanalına atıb. Ailə üzvləri gecə saatlarında F.Şıxıyevi axtararkən onun paltarlarını kanalının kənarında tapıblar. Kənddə fərdi təsərrüfat işləri ilə məşğul olan 3 uşaq atası F.Şıxıyevin ailəsində heç bir problemin olmadığı bildirilir. Onun özünə qəsd etməsinin səbəbi hələlik məlum deyil. Hazırda kanalda onun axtarışı həyata keçirilir. Hüquq-mühafizə orqanlarının əməkdaşları əraziyə baxış keçiriblər. Faktla bağlı Göyçay rayon Prokurorluğunda cinayət işi başlanıb, araşdırma aparılır.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA