Gənclər üçün Təhsil Mərkəzində ?Parlaq Düzüncənin Gücü? adlı təqdimat mərasimi keçirilib

img

25-03-2010 [02:05]


Bu gün Gənclər üçün Təhsil Mərkəzində ?Parlaq Düşüncənin Gücü? adlı təqdimat mərasimi keçirilib. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, təqdimatın keçirilməsində əsas məqsəd düşüncəni dəyişməklə hansı yeni imkanların əldə edilməsi və yeniliklərin necə qəbul edilməsi barədə gənclərə psixoloji biliklər vermək idi. Mərkəzin əməkdaşı, gənc psixoloq Saqibə Əhmədova tərəfindən keçirilən təqdimat müxtəlif psixoloji mövzuları əhatə edib. Belə ki, orada ?daxili səsimizi eşitməyi bacarırıqmı?, ?seçdiyimiz sözlər həyatımıza nə dərəcə təsir edir?, ?daxili nitqimizi nə dərəcədə dəyişə bilərik?, ?həyatda bizə nəyin mane olduğunu necə bilək?, ?özünə inamsızlıq nədən yaranır? və s. mövzulara toxunulub. Qeyd edək ki, təqdimatlar silsilə formada davam edəcək və Mərkəz yaxın vaxtlarda gənclərin psixoloji inkişafı üçün digər proqramlar da həyata keçirəcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA