Prezident İlham Əliyevdən yeni mesajlar...

img

09-04-2016 [15:41]


"İqtisadi müstəqillik ölkəmizin siyasi müstəqilliyini şərtləndirir".

Bunu Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2016-cı ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrinə həsr olunan iclasında deyib.

İlham Əliyev paytaxtda və rayon mərkəzlərində yeni təşəbbüs olan sosial mənzillərin tikintisi layihəsinə başlanılacağını bildirib:

"İqtisadi müstəqillik ölkəmizin siyasi müstəqilliyini şərtləndirir. Ölkədə biznes mühiti yaxşılaşdırılır, sahibkarlara yardımlar davam etdirilir, investisiyaların təşviqi, bank sektorunun möhkəmləndirilməsi ilə bağlı əlavə tədbirlər görülür. Qeyri-neft sektorunun inkişafının sürətləndirilməsi, yeni iş yerlərinin yaradılması vacibdir. Paytaxtda və rayon mərkəzlərində yeni təşəbbüs olan sosial mənzillərin tikintisi layihəsinə başlanılacaq. Bu il 40-dan çox kənd yolu layihəsinin icrası, nəqliyyat dəhlizlərində vahid tarif siyasətinin həyata keçirilməsi, Ələt dəniz limanının yaradılması istiqamətində əlavə tədbirlərin görülməsi, genişmiqyaslı ekoloji tədbirlərin həyata keçirilməsi, kənd təsərrüfatının inkişafı, ərzaq təhlükəsizliyinin təmin olunması diqqət mərkəzində saxlanılacaq”.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA