09-04-2016 [15:18]
Hesablama Palatası 2015-ci il üzrə İş Planına uyğun olaraq Sumqayıt şəhər İcra Hakimiyyətində (İH) və tabeliyində olan idarə, müəssisə və təşkilatlarda audit tədbiri həyata keçirilib.
Bu barədə Hesablama Palatasının 2015-ci il üzrə hesabatında məlumat verilib
Bildirilib ki, Sumqayıt Şəhər İcra Hakimiyyəti tərəfindən qüvvədə olan müvafiq normalara əməl edilməyib, xidmət sahəsi üzrə dislokasiyalar İH tərəfindən deyil, səlahiyyətləri olmadığı halda icraçıların özləri tərəfindən təsdiq edilib.
Bəzi xərclər tələbatdan artıq və təxmini hesablanıb, büdcə vəsaitlərinə olan tələbat hesablanarkən auditlə əhatə olunan vəsaitin 1, 7 faizi səviyyəsində material ehtiyatlarının və nağd pul vəsaitlərinin qalığı proqnozlaşdırmada nəzərə alınmayıb.
Yaşıllıq sahəsinin tərkibinə aid edilməsi səbəbindən ştat cədvəllərində 94 ştat vahidi artıq daxil edilərək əmək haqqı xərclərinin çox proqnozlaşdırıldığı, işıqlandırma avadanlıqlarının alınması və quraşdırılması üzrə xərc maddəsi nəzərdə tutulmadığı halda 1 yanan işıq nöqtəsinə avadanlıqların alınıb quraşdırılması nəzərdə tutulduğu, Xidmət Sahəsi tərəfindən xərclər smetasında elektrik enerjisi, əmək haqqı və ona üstəlik xərcləri, mal-material xərcləri, avtonəqliyyat və s. xərclər işıq nöqtəsinə çəkilən xərclərin kalkulyasiyasında müəyyən edilən xərclərə nisbətən çox vəsaitin planlaşdırıldığı müəyyən edilib.
Audit tədbirləri nəticəsində Sumqayıt Şəhər İcra Hakimiyyəti üzrə 73,1 min manat vəsait dövlət büdcəsinə bərpa edilib, 209,4 min manat dəyərində işlər görülüb, mənzil fondunun az hesablanmış 176,8 min manat gəliri uçota bərpa edilib, yaşıllıq ərazinin süpürülən ərazilərə aid edilməsi hesabına ştat cədvəllərinə daxil edilən 94 vahid dalandar ştatı ləğv edilib, anbarda artıq gəldiyi aşkar edilən 14,7 min manat məbləğində mal-material uçota alınıb, yol-nəqliyyat hadisələri nəticəsində dövlətə dəyən, lakin avtoqəzanı törədən sürücülərdən alınmayan 36,0 min manat məbləğində ziyan Xidmət Sahəsinin debitor borcuna əlavə edilərək uçota bərpa olunub.
Eyni zamanda nöqsanlara yol vermiş şəxslərlə bağlı intizam tənbeh tədbirlərinin tətbiq edilib, o cümlədən 2 məsul işçi tutduğu vəzifədən azad edilib, 1 məsul işçi aşağı vəzifəyə keçirilib, 4 məsul işçiyə töhmət verilib, 3 məsul işçiyə xəbərdarlıq olunub.
Nəticələr Kollegiyada müzakirə olunub və müvafiq qərar qəbul edilib. Nəticələr barədə eyni zamanda Milli Məclisə məlumat verilib.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi