6 rayonun sakinlərinin diqqətinə: Zakir Qaralovun qəbul qrafiki açıqlandı

img

09-04-2016 [12:42]


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına və bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Baş prokuror Zakir Qaralov cari il aprelin 15-də saat 11:00-da Ucar rayon prokurorluğunun inzibati binasında Mingəçevir şəhəri, Ucar, Yevlax, Ağdaş, Bərdə və Zərdab rayonlarında yaşayan vətəndaşların qəbulunu keçirəcəkdir.

Bu barədə Mia.az-a Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, qəbula gəlmək istəyən vətəndaşların qeydiyyatı və Ucar şəhərinə gəlmələrinin təşkili müvafiq rayon prokurorları tərəfindən həyata keçiriləcəkdir.

Vətəndaşlar yaşadıqları ərazi üzrə rayon prokurorluqlarına yazılı və ya şifahi müraciət etməklə yanaşı, Baş Prokurorluğun Müraciətlərə baxılması idarəsinin-437-28-79-nömrəli telefonu-və contact@prosecutor.gov.az elektron poçt ünvanı vasitəsilə də qəbula yazıla bilərlər.

Qəbulda vətəndaşların prokurorluq orqanlarının səlahiyyətlərinə aid olan müraciətlərinə baxılacaqdır.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA