08-04-2016 [18:21]
2012-ci ilin ortalarından başlayaraq, ta günümüzədək, Rusiya-Azərbaycan münasibətlərinin gərginləşdiyi bütün kritik situasiyalarda bir nəfərin – Baş nazirin sabiq müavini Abbas Abbasovun adı qabarıq şəkilidə üzə çıxıb.
Sanki, cəmiyyətə təsiretmə imkanına sahib hansısa gizli bir ələ lazım olub ki, sabiq baş nazir müavininin adı mövcud hakimiyyətə ən real alternativlərdən biri kimi təqdim edilsin. İnsafən, Abbas Abbasovun keçdiyi yol və malik olduğu əlaqələr də bu imicin möhkəmlənməsində az rol oynamayıb – adam siyasətdə və dövlət idarəçiliyində kifayət qədər bişmiş, Azərbaycanın daxilində və xaricində olduqca geniş biznes-siyasi-kriminal əlaqələrə və yetərincə maddi kapitala sahib nüfuzlu, təcrübəli şəxsdir! Təkcə 2012-ci ilin sonlarında – 2013-cü ilin prezident seçkiləri öncəsi yaradılan "Milyarderlər İttifaqı”ndakı (Ümumrusiya Azərbaycan Təşkilatları İttifaqı) fəaliyyəti ilə Abbas Abbasov sübut edə bildi ki, o, istənilən zaman Putin Rusiyasının əlində Azərbaycan hakimiyyətinə qarşı ciddi bir silaha – real siyasi alternativə çevrilə bilər…
Budur, Prezidentin ABŞ səfərindən sonra Azərbaycanın Qərblə yaxınlaşma meyli azacıq nəzərə çarpan kimi, son günlər Abbas Abbasovun adı yenidən ölkə siyasətinə transfer edilməkdədir… Və yenə də hakimiyyətə əsas iddiaçı qismində!
Belə ki, "Azpolitika.info”ya Rusiyada yaşayan çox nüfuzlu soydaşlarımızdan birinin verdiyi məlumata görə, son günlər Dağlıq Qarabağ ətrafında yaranmış vəziyyət Rusiyadakı azərbaycanlı diaspora arasında da ciddi fəallıq və ikitirəlik yaradıb. Daha çox sabiq baş nazir müavininə yaxın şəxslər azərbaycanlılar arasında fəal təbliğat apararaq, bu vəziyyətin Rusiyanın bölgədə nüfuzunun artmasına gətirib çıxaracağından, ötən ilin yayında buraxılmış "Milyarderlər İttifaqı”nın fəaliyyətinin yenidən bərpasına zərurətin olduğundan və hətta Abbas Abbasovun baş nazir gətirilə biləcəyindən danışmağa başlayıblar…
İşin daha maraqlı tərəfi isə odur ki, mənbəmiz Abbas Abbasovun təkcə Rusiyada deyil, son vaxtlar Azərbaycanın daxilində də təşkilatlanmaya cəhd göstərdiyini iddia edir. Onun söylədiyinə görə, Abbas Abbasova bu işdə əlaltdan dəstək verənlər sırasında yaxın qohumu olan ortağı – 2010-2015-ci illərdə 77 saylı Astara seçki dairəsindən deputat olmuş və son seçkilərdə adı YAP-ın siyahısından çıxarılmış sabiq deputat, "Diplomat-1” şirkətinin rəhbəri Aslan Cəfərov da var…
Qeyd edək ki, mənbəmiz Aslan Cəfərovla bağlı indiyədək bilmədiyimiz bəzi faktları da diqqətimizə çatdırdı. Sən demə, Aslan Cəfərov uzun illər ölkəyə gətirilən uşaq qidalarının və bezlərinin monopolisti olmaqdan əlavə, həm də Abbas Abbasovun biznes ortağı – onun Azərbaycandakı bütün açıq-gizli obyektlərinin əsas idarəedicisi imiş!
Mənbəmizin söylədiyinə görə, Abbas Abbasovun Aslan Cəfərova olan bu etimadı onun hansısa xüsusi qabiliyyətə malik olmasından deyil, çox yaxın qohumçuluq əlaqələrindən qaynaqlanır. Belə ki, mənbəmizin iddiasına görə, Abbas Abbasovun kiçik oğlu Vüsal Abbasov Aslan Cəfərovun bacısı Samirə xanımın qızı ilə ailə həyatı qurub. Gənclərin toy mərasimi isə 2009-cu ilin oktyabrında "Buta” sarayında çox dəbdəbəli şəkildə həyata keçirilib… O vaxt mətbuat Abbas Abbasovun kiminlə qohum olduğunu araşdırmaq istəsə də, yalnız o deyilmişdi ki, Abbas Abbasov oğluna mərhum dostu Hacı Vaqifin nəvəsini alıb…
Maraqlıdır ki, Abbas Abbasov kimi nəhənglə qohumluqdan sonra Aslan Cəfərovun da "ulduzu” parlamış və bu biznesmen 2010-cu ildə – 37 yaşında 77 saylı Astara seçki dairəsindən deputat da seçdirilmişdi. Ancaq Abbas Abbasovun son 3 il ərzindəki məlum fəaliyyəti 2015-ci il seçkilərində Aslan Cəfərovun da hakimiyyət tərəfindən qələminin qırılmasına gətirib çıxarmışdı…
Hazırda Aslan Cəfərovun biznes fəaliyyətini daha da genişləndirdiyi və tez-tez Moskvaya – Abbas Abbasovla görüşə gedib-gəldiyi də xüsusi vurğulanır.
Yeri gəlmişkən, onu da xatırladaq ki, Aslan Cəfərovun qohumları və iş ortaqları sırasında adı media aləmi üçün çox yaxşı tanınan başqa bir maraqlı isim də var – Baş Dövlət Yol Polisi İdarəsinin İmtahan-Qeydiyyat şöbəsinin rəisi Müşviq Rəhimov! Bu, o Müşfiq Rəhimovdur ki, media uzun müddətdir onun Lənkəranda dəyəri milyonlarla ölçülən "Xəzər Palase” adlı hotel-restoran tikdirdiyini yazır. Bizə ötürülən siyahıda isə bu obyektə də şəriklikdə Abbas Abbasovun ortağının – Aslan Cəfərovun payının olduğu vurğulanır…
Hazırda cənub zonasında fəaliyyət göstərən və tikilməkdə olan xeyli restoran və mağazaların adının salındığı bu siyahının Aslan Cəfərova və Müşfiq Rəhimova nə dərəcədə aidiyyətinin olub-olmadığını araşdırırıq…
R.Əliyev,
"AzPolitika.info”
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi