"Erməni tərəf fırıldağa əl atır" - Müdafiə Nazirliyi

img

08-04-2016 [16:55]


"Artıq düşmən tərəf o qədər qorxu və səksəkə içindədir ki, hər yerdə özünə qarşı bir təhlükə olacağını hiss edir".

Bunu  Müdafiə Nazirliyi mətbuat xidmətindən Ermənistan mətbuatının guya Xankəndi şəhəri üzərində Azərbaycana məxsus pilotsuz uçan aparatın (PUA) vurulması barədə yaydığı məlumata münasibət bildirərkən deyilib.

MN-dən bildirilib ki, bundan əvvəl Azərbaycanın xüsusi təyinatlıları, döyüş təyyarələri və digər vasitələrini dörd bir yanda görən ermənilər indi də pilotsuz uçuş aparatlarımızın xəyali ərazilərdə uçuşları barədə vahimə saçan bəyanatlar verirlər.

"Hər hansı beynəlxalq nümayəndə heyəti Xankəndinə gələndə erməni tərəfi istisna deyil ki, məhz bu cür fırıldağa əl ataraq istifadəyə yararsız, "vurduqları” PUA-nın guya Azərbaycana məxsusluğunu iddia etməklə bədbəxt görkəm alaraq, göz yaşı içində onlardan imdad diləyirlər.

Erməni tərəfi bu cür yalan və əsassız məlumatları yaymaqla beynəlxalq təşkilatların nümayəndələrini, dünya ictimaiyyətini çaşdıraraq törətmək istədikləri təxribatlara zəmin yaratmaq məqsədi güdürlər", - deyə, MN-dən bildirilib.

APA


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA