08-04-2016 [15:39]
2015-ci ildə "Azərpoçt" MMC tərəfindən dövlət büdcəsinin gəlirlərinin hesablanması və ödənilməsinin, dövlət büdcəsindən ayrılan vəsaitlərin və dövlət əmlakından istifadə olunmasının qanunvericiliyə uyğunluğunun Vergilər Nazirliyi ilə birgə auditi aparılıb.
Mia.az palatanın hesabatına istinadən xəbər verir ki, audit nəticəsində cəmiyyət tərəfindən qanunvericilik aktlarının tələblərinə əməl edilməyərək müvafiq icra hakimiyyəti orqanın razılığı olmadan icarə müqavilələri bağlanmadan balansında olan və Bakı şəhərində yerləşən 4061,4 kvadratmetr qeyri-yaşayış sahəsinin ofis kimi kommersiya hüquqi şəxslərə istifadəyə (icarəyə verilib, bu əməliyyat üzrə qanunvericiliyə uyğun olaraq icarə haqqının 50%-nin dövlət büdcəsinə ödənilməsi təmin edilməyib, mənfəət vergisinin bəyannamələrində müəssisənin zərəri düzgün göstərilməyib, universal poçt rabitəsi xidmətlərinin təqdim edilməsindən yaranan zərərin kompensasiyası üçün dövlət büdcəsindən alınmış subsidiyalar ƏDV-yə cəlb edilməməsi, eləcə də MMC-nin nizamnamə kapitalına aid edilən, eyni zamanda qanunvericiliklə ƏDV-yə əlavə edilməsi nəzərdə tutulmayan vəsaitlər hesabına mal (işlər, xidmətlər) alınarkən vergi-hesab fakturaları üzrə ödənilmiş ƏDV məbləğlərinin əvəzləşdirilməsi nəticəsində kommersiya fəaliyyəti üzrə malların (işlərin, xidmətlərin) təqdim edilməsindən dövlət büdcəsinə ödənilməli olan ƏDV məbləği 1 mln. 169,9 min manat azaldılıb, 29,7 min manat məbləğində ƏDV vergi ödəyicisinə verilmiş, elektron və hesab fakturaları üzər alınmış malların (işlərin, xidmətlərin) dəyəri ödənilən gündən ödənilib, vergitutma bazasının düzgün müəyyən edilməməsi səbəbindən əmlak vergisi 3,8 min manat artıq hesablanıb.
Auditin əhatə etdiyi dövrdə, həmçinin vergilər üzrə borcların vergi ödəyicinin hesabından mülki məcəllədə nəzərdə tutulan ödənişlərin növbəliliyinə uyğun tutulması haqqında vergi orqanının sərəncamı "Azərpoçt”un Gəncə Regional Poçt filialı tərəfindən icra edilməyib, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin kollegiya qərarları ilə "Azİntelekom” MMC-yə qaytarılmaq şərti ilə verilmiş 26 mln. 792 min manat vəsaitin yalnız 25 mln. 332 min manatı nazirliyin kollegiya qərarı ilə cəmiyyətin nizamnamə kapitalının artırılmasına yönəldiyi nəzərə alınaraq qaytarılmalı olan 1 mln. 460 min manatdan qalan 860 min manatı ilin sonuna mühasibat uçotunda kreditor borcu kimi əks etdirilməyib.
Dövlət büdcəsinin iqtisadi təsnifatının "Məhsula görə ödənişlər” xərc maddəsi üzrə 2013-cü ilin ilkin təyinatı 9,5% artırılsa da cəmiyyətin tabeli müvafiq təşkilatlarına ştat cədvəllərində əmək haqlarında, həmçinin universal poçt rabitəsi xidmətlərinin növləri üzrə xərclərin kalkulyasiyasında və mənfəətin (zərərin) hesablanmasında müvafiq dürüstləşdirmələr aparılmayıb, maliyyə fəaliyyəti zərərlə nəticələndiyi halda işçilərə mükafat və maddi yardım ödənilərək xərclərin artırılmasına yol verilib.
Müvafiq qanun vericilik aktları ilə Milli Poçt Operatoru tərəfindən universal poçt rabitəsi xidmətlərindən dəyən zərərin hesablanması metodikasının hazırlanması nəzərdə tutulduğu halda həmin metodika hazırlanmayıb, nəticədə universal poçt rabitəsi xidmətlərindən yaranan zərərin məbləği müvafiq əsaslandırmalar aparılmadan təxmini müəyyən edilib.
Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən Hesablama Palatasına daxil olmuş məlumata əsasən "Azərpoçt”un balansında olan sahələrdə fəaliyyət göstərən digər təşkilatlar tərəfindən icarə müqaviləsi bağlanılmaqla icarə haqlarının ödənilməsini təmin edilməsi məqsədilə rəsmi müraciətlər edilib, eyni zamanda ƏMDK ilə icarə müqavilələrinin bağlanması istiqamətində birgə iş aparılır.
Məlumatda həmçinin göstərilib ki, vergi və digər icbari ödənişlər üzrə hesablanmış vəsaitlərdə 781,6 min manat məbləğində hissənin dövlət büdcəsinə ödənilməsi, "Azərpoçt” tərəfindən "Azİntelekom”a qaytarılmalı olan 860 min manat məbləğində vəsait üzrə qanunauyğun şəkildə müvafiq hesabat yazılışı edilməklə mühasibat uçotunda düzgün əks etdirilməsi, Şamaxı rayonu Məlikçobanlı poçt şöbəsinin binasının tikintisi üzrə yerinə yetirilmiş işlərin qəbul aktında aparılmış işlər üzrə 5 min manat məbləğində vəsaitinin MMC-nin hesabına bərpa edilməsi təmin edilib, 9,2 min manat məbləğində iş həcminin isə podratçı tərəfindən bərpası üçün zəruri tədbirlər həyata keçirilir.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi