Kürdəmirdəki hərbi hissəsinin giziri özünü asıb

img

25-03-2010 [01:25]


Kürdəmir rayonundakı N saylı hərbi hissəsinin giziri özünü asaraq intihar edib. Bu barədə Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Teymur Abdullayev məlumat verib. ?Hadisə martın 24-də saat 16-30 radələrində baş verib. N saylı hərbi hissənin giziri 1988-ci il təvəllüdlü Asim Arzuman oğlu Hüseynov özünü bacısının evində asaraq intihar edib. Hadisənin səbəbləri məlum deyil, araşdırma aparılır?. Valideynləri Rusiyada yaşayan Asim Hüseynov xalası qızı ilə nişanlı olub və onun yaxın günlərdə toyu olacaqmış.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA