08-04-2016 [14:08]
"Dağlıq Qarabağda ən azı 60 nəfərin öldüyü son hərbi toqquşmalar atəşkəslə bitsə də aydın şəkildə anlatdı ki, azərbaycanlılarla ermənilər arasında müharibə daha donmuş vəziyyətdə deyil”.
Bu barədə nüfuzlu "Wall Sreet Journal” nəşrinin son sayında ABŞ-dakı Con Hopkins Universiteti nəzdində Mərkəzi Asiya və Qafqaz İnstitutunun direktoru Svante Kornell yazır.
Ekspertə görə, daha masştablı siyasi və ideoloji sərhədlərin kəsişməsində yerləşən Güney Qafqaz kimi həssas bölgənin gələcəyinin atı üstündə hələ ki, Kreml hökmranlıq edir: "Hərgah, Obama Administrasiyası belə görünür hesab edir ki, Azərbaycan-erməni konflikti "vakuumdadır” və o, həm regiondakı gərginlikdən, həm də Putin Rusiyasının destruktiv rolundan təcrid edilib”.
"Vaşinqton bunu görməsinin artıq vaxtıdır ki, Moskva – problemin həlli yox, problemin bir hissəsidir və konflikti dinc həll məcrasına yönəltməkdən ötrü Amerikanın təşəbbüsü öz əlinə almasının vaxtı çatıb” – müəllif əminliklə qeyd edib.
Onun fikrincə, münaqişənin kəskinləşməsi boş yerdən olmayıb: "Səbəb bundan ibarətdir ki, Qafqazda situasiya getdikcə daha kövrək olmaqdadadır. 1990-cı illərin əvvəllərində konflikt regiondakı siyasi parçalanmaların mərkəzində dayanıdrdı. Moskva Ermənistanı müdafiə edir, bu zaman həll edilməmiş münaqişə İrəvanı Rusiya orbitində saxlayırdı. Bakı isə Türkiyə və Qərbin dəstəyini qazanmışdı. Öz növbəsində İran sivil və neftlə zəngin Azərbaycanın ABŞ-la yaxınlaşmasından ehtiyat edərək Ermənistan və Rusiyanın tərəfini tutmuşdu”.
Ekspert yazır: "Sonra Obama tərəfindən Rusiya-ABŞ münasibətlərində gərginliyi azaltmaq təşəbbüsü ortaya çıxdı ki, bu da əslində Moskvanın 2008-ci ildə Gürcüstana hərbi təcavüzünü şirnikləndirməyə gətirdi. Lap yaxınlaradək isə Obama öz kabinetinin üzvlərinin məsləhətlərinə qulaq asmırdı və xüsusi entuziazm olmadan "Rusiyanın Ukraynanı bölməsinin” və Bəşər Əsəd rejiminə dəstəyini əleyhinə çıxış edirdi. Ancaq ötən il Rusiyanın qanadlı raketləri Xəzərdən Suriyaya uçanda Yaxın Şərq və postsovet məkanı üzrə siyasətlər birləşdi. Türkiyə-Rusiya qarşıdurması bu prosesi yalnız sürətləndirdi, nədən ki, Bakı Ankaranın, İrəvan isə Moskvanın tərəfindədir”.
"Wall Sreet Journal”ın şərhçisi Dağlıq Qarabağdakı son hərbi eskalasiyanın zaman etibarilə Barak Obamanın Vaşinqtonda təşkil elədiyi Nüvə Sammiti və onun dəvəti ilə son 10 ildə ilk dəfə Azərbaycan prezidenti İlham Əliyevin ABŞ- da olması ilə eyni vaxta düşməsinin təsadüf olmadığına əmindir: "Vladimir Putinə sərfəli idi ki, hər iki tərəfə və Qərbə göstərsin ki, hamının Kremlin oyun qaydaları ilə oynamasından ötrü münaqişədən əziyyət çəkən bölgədə xaos yaratmaq qabiliyyətindədir”.
Məqalədə ardınca bildirilir: "Son döyüşlər zamanı Azərbaycan 22 ildə ilk dəfə ərazilərin bir hissəsi üzərində öz nəzarətini bərpa edə bildi. Bakı bundan sonra daha çoxunu istəyə, Ermənistan da onu geri atmaqdan ötrü cavab zərbəsi vurmağa çalışa bilər. Beləcə, Barak Obamanın sonuncu idarəçilik ilində Qafqazda konfliktin kəskinləşməsi mümkündür.
Bununla belə, ABŞ rəhbərliyi hələ də öz siyasətində Moskva və Vaşinqtonun münaqişəyə dair mövqeyinin tamamilə üst-üstə düşməsi haqda nağıla söykənir”.
"Amerikanın cari inkar siyasəti yalnız onun göstəricisidir ki, ABŞ bu regionu ciddi qəbul eləmir. Əgər Vaşinqton Qafqazda böyük müharibədən qaçmaq istəyirsə, o zaman o, ciddi diplomatik təşəbbüsə başçılıq eləməli və Ermənistanla Azərbaycana girişməlidir. Bu isə o halda olacaq ki, ABŞ etiraf edəcək: Qafqaz – Ukraynadan başlayıb Suriyada qurtaran böyük bir qövsün tərkib hissəsidir və Amerikanın maraqları cənab Putinin maralqarı ilə fundamental şəkildə toqquşur”, – deyə müəllif fikrini tamamlayıb.
Musavat.com
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi