08-04-2016 [10:28]
Ötən gecə Ermənistan Müdafiə Nazirliyi Azərbaycan Silahlı Qüvvələrinin guya hərbi texnika ilə dolu maşınının ələ keçirilməsi barədə məlumat yayıb.
Bununla bağlı Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Vaqif Dərgahlı bildirib ki, Ermənistan tərəfinin yaydığı bu məlumat növbəti dezinformasiyadır:
"Heç bir hərbi təhlükə mənbəyi olmayan, qeyri-döyüş nəqliyyat vasitəsinə qarşı xüsusi təyinatlıların cəlb edilməsi ilə əməliyyatın təşkil edilərək keçirilməsi yalnız Ermənistan Müdafiə Nazirliyinin ağlına gələ bilərdi. Hətta Ermənistanın hərbi nazirliyi bu barədə bütün dünyaya car çəkməkdən belə utanmayaraq bununla "fəxr" edir.
Hər kəsə məlumdur ki, bu tip nəqliyyat vasitəsi heç bir döyüş və müdafiə vasitəsi ilə təmin olunmadığından hərbi təhlükə mənbəyi ola bilməz".
V.Dərgahlı qeyd edib ki, döyüş meydanında məğlubiyyətə uğrayan erməni hərbi rəhbərliyi müxtəlif əfsanələr və gülüş doğuracaq hadisələr uydurmaqla əhalisini sakitləşdirməklə rahatlıq tapmağa çalışır: "Sirr deyil ki, həqiqətən hərbi əməliyyatların gedişi zamanı hər iki tərəfdən müxtəlif növ texnikalar vurulub və ya sıradan çıxarılıb. Ehtimal etmək olar ki, aktiv döyüş toqquşmaları sona çatdıqdan sonra Ermənistan Müdafiə Nazirliyi öz aktivinə daha bir "xəyali qələbəni" əlavə etmək qərarına gəlib.
Diqqət çəkən daha bir məqam ondan ibarətdir ki, Azərbaycan ərazisində xüsusi əməliyyatın keçirilməsi barədə Ermənistan Müdafiə Nazirliyi tərəfindən bu tip bəyanatın yayılması onların məsuliyyətsizliyinin, əldə olunan razılaşmalara saymazyana münasibətin bariz nümunəsidir və atəşkəs rejimini erməni tərəfinin pozmasının sübutudur".
Trend.az
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi