Düşmənin daha 2 əsgəri məhv edildi - Yaralılar da var

img

08-04-2016 [10:17]


Xəbər verdiyimiz kimi, erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində 60 millimetrlik minaatanlardan və iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini ümumilikdə 110 dəfə pozub.

Azərbaycan Silahlı Qüvvələri əməliyyat şəraitinə uyğun olaraq düşmənin mövqeləri və səngərlərinə 114 dəfə atəş zərbəsi endirib.

 AzNews.az erməni KİV-lərinə istinadən xəbər verir ki, Azərbaycan Silahlı Qüvvələrinin açdığı cavab atəşi nəticəsində 2 erməni əsgər öldürülüb və bir neçə əsgər yaralanıb. 

Ölənlərin 20 yaşlı müddətli hərbi xidmətdə olan Qevork Aşotoviç Mqdesyan və 33 yaşlı müqavilə ilə qulluq edən Qraç Muradyan olduğu bildirilir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA