Qənirə Pazayeva və Akif Azırlının kitabının təqdimatı olub

img

24-03-2010 [06:19]


Martın 24-də Atatürk Mərkəzində Erməni silahlı birləşmələrinin keçmiş sovet ordusu əsgərlərinin köməyi ilə 1990-cı ilin martında Qazax rayonunun Bağanis Ayrım kəndində törətdikləri soyqırımı faktlarından bəhs edən ?Ermənilərin törətdiyi soyqırımın qurbanı ? Bağanis Ayrım? kitabının təqdimatı olub. Mərasimdə bildirilib ki, kitabda 1990-cı il martın 24-də erməni silahlılarının keçmiş sovet ordusuna məxsus hərbi texnikadan, müasir silahlardan istifadə edərək Qazax rayonunun Bağanis Ayrım kəndinə hücum etməsindən, mülki əhalinin insanlığa sığmayan işgəncələrlə qətlə yetirilməsindən, diri-diri ocaqda yandırılmasından bəhs olunur. Ermənilərin bu kəndə hücumu zamanı 17 evin topların və minaatanların mərmiləri ilə dağıdıldığı, 11 evin isə qarət edildiyi, kənddə yaşayan Əsliyevlər ailəsinin 5 üzvünün işgəncələrlə qətlə yetirildikdən sonra yandırıldığı da kitabda əksini tapıb. Kitabda o da bildirilir ki, kənddə qətlə yetirilən insanların ən yaşlısı 75 yaşlı Dədəş Əsliyev, ən kiçiyi isə beşikdə olan 39 günlük Hafiz olub. Bağanis Ayrım kəndi 1990-cı il avqustun 20-də işğal edilib. ?Ermənilərin törətdiyi soyqırımın qurbanı ? Bağanis Ayrım? kitabında soyqırımı faktlarla oxuculara çatdırılır. Kitabın baş məsləhətçisi Azərbaycan Respublikasının hərbi prokuroru Xanlar Vəliyevdir. Erməni silahlı birləşmələrinin törətdiyi Bağanis Ayrım soyqırımı haqqında müəlliflərin ssenarisi əsasında sənədli filmin çəkilişlərinə də başlanıb. Mərasimdə Milli Məclisin deputatları, hökumət və dövlət rəsmiləri, ziyalılar iştirak ediblər. Tədbirdə çıxış edənlər erməni vəhşiliklərinin, azərbaycanlılara qarşı törətdikləri soyqırımı aktlarının dünya ictimaiyyətinə çatdırılması üçün bu cür kitabların, nəşrlərin sayının artırılmasının, başqa dillərə tərcümə olunaraq yayılmasının vacibliyini vurğulayıblar. Kitabın müəllifləri Milli Məclisin deputatı Qənirə Paşayeva və ?Şərq? qəzetinin baş redaktoru Akif Aşırlıdır.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA