Bu gecə ermənilər raketlərlə atəşkəsi pozdu - VİDEO

img

08-04-2016 [10:02]


Erməni silahlı birləşmələri Ağdamın işğal altında olan ərazilərində iri çaplı silahlarla atəşkəsi pozub.

Mia.az xəbər verir ki, bu barədə ANS-in cəbhə bölgəsinə ezam olunan xüsusi müxbiri məlumat verib.
Məlumatda bildirilir ki, atəşkəsin pozulması gecənin yarısı izburaxan güllələrin atılması ilə davam edib, qarşı tərəf həmçinin ətrafı işıqlandıran raketlərdən, fişənglərdən də istifadə edib.

"Hazırda cəbhə bölgəsində hava dumanlıdır və görmə səviyyəsinin məhdud olduğu şəraitdə Azərbaycan Silahlı Qüvvələri gücləndirilmiş şəraitdə öz vəzifələrini yerinə yetirirlər. Atəşkəs pozutusu halları ancaq atıcı silahlardan müşahidə olunub. Hazırda sakitçilikdir.” – deyə ANS-in xüsusi müxbiri bildirir.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA