Yaxın günlərdə hava yağmursuz olacaq, dağlıq rayonlarda isə sulu qar, qar yağacağı gözlənilir

img

24-03-2010 [03:28]


Bakıda və Abşeron yarımadasında bu gün hava dəyişkən buludlu olacaq. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeoroloji Proqnozlar Bürosundan verilən məlumata görə, hava arabir tutulacaq, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-şərq küləyi əsəcək, axşam cənub küləyinə keçəcək. Havanın temperaturu gündüz 11-14? isti, axşam 7-9? isti olacaq. Martın 25-də dəyişkən buludlu, əsasən yağmursuz olacaq. Gecə və səhər bəzi yerlərdə zəif duman olaacaq, cənub-qərb küləyi əsəcək, gecə və səhər arabir nisbətən güclənəcək, günün ikinci yarısında şimal-qərb küləyinə keçəcək, axşam arabir güclənəcək. Havanın temperaturu gecə 6-8? isti, gündüz 15-20? isti olacaq. Martın 26-da isə buludlu hava şəraiti üstünlük təşkil edəcək. Əsasən yağmursuz keçəcək. Lakin gecəyə doğru bəzi yerlərdə az yağıntılı olacağı ehtimalı var. Şimal-qərb küləyi əsəcək, arabir yarımadanın bəzi yerlərində güclənəcək. Havanın temperaturu gecə 3-5? isti, gündüz 7-9? isti olacaq. Martın 27-də Bakıda və Abşeron yarımadasında hava buludlu olacaq. Axşam az yağıntılı olacağı ehtimalı var. Şimal-qərb, şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 2-5? isti, gündüz 7-9? isti olacaq. Azərbaycanın rayonlarında isə martın 25-də hava əsasən yağmursuz keçəcək. Gecə və səhər ayrı-ayrı yerlərdə duman olacaq. Lakin axşam bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, yağış yağacağı ehtimalı var. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 6-10? isti, gündüz 18-23? isti, dağlarda gecə 2-5? isti, gündüz 13-18? isti olacaq. Martın 26-27-də əsasən gecə və axşam saatlarında yağıntılı olacağı, dağlıq ərazilərdə sulu qar, qar yağacağı gözlənilir. Bəzi yerlərdə şimşək çaxacağı, yağıntıların intensiv olacağı ehtimalı var. Şimal-qərb küləyi əsəcək, arabir ayrı-ayrı yerlərdə güclənəcək, 27-də şərq küləyinə keçəcək. Havanın temperaturu gecə 3-7? isti, gündüz 10-15? isti, dağlarda gecə 0-4? şaxta, gündüz 2-7? isti olacaq.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA