Həştərxandan Azərbaycan ordusuna dəstək - Açıqlama

img

07-04-2016 [16:26]


Rusiyanın Həştərxan vilayətində yaşayan azərbaycanlılar Azərbaycan ordusunun ölkənin ərazi bütövlüyü uğrunda atdığı addımları dəstəkləyirlər.

Bu barədə Mia.az-a Ümumrusiya Azərbaycan Konqresinin Həştərxan bölməsinin sədri Ədalət Hüseynov məlumat verib.

Ə.Hüseynov qeyd edib ki, "Rusiyada yaşayan azərbaycanlılar Azərbaycan Silahlı Qüvvələrinin və Ali Baş Komandan İlham Əliyevin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli yolunda fəaliyyətini dəstəkləyir. Vətənimizin düşməndən azad olunmasında iştirak etmək və Ali Baş Komandan, Prezident İlham Əliyevin ətrafında sıx birləşməyi öz borcumuz bilirik.

Vətəndən uzaqda yaşamağımıza baxmayaraq Diaspora Ali Baş Komandanı dəstəkləyir və daim cənab prezidentin yanındadır.”


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA