Lənkəran şəhidini belə dəfn elədi - FOTOLAR

img

07-04-2016 [16:21]


Aprelin 4-də cəbhə bölgəsində baş vermiş döyüşlərdə Azərbaycan Ordusunun şəhid olmuş əsgəri, 19 yaşlı Əlizaman Fərrux oğlu İslamov bu gün doğulduğu Lənkəran rayonunun Cil kənd qəbirstanlığında dəfn edilib.

Mia.az xəbər verir ki, dəfn mərasimində Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov, icra aparatının işçiləri, rayonun hüquq-mühafizə orqanlarının, idarə və müəssisələrin rəhbərləri, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbəsinin əməkdaşları, ictimaiyyət nümayəndələri, kənd sakinləri iştirak ediblər.

Şəhid yaylım atəşindən sonra torpağa tapşırılıb, onun tabutuna bükülmüş Azərbaycanın üşrəngli bayrağı dayısına təqdim edilib.




Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA