10 min nəfər müayinə olundu, qorxulu xəstəliklər aşkarlandı

img

07-04-2016 [15:34]


Mart ayında nikaha daxil olmaq istəyən 10 min nəfər tibbi müayinədən keçib. Onlardan 293 nəfərdə talassemiya daşıyıcılığı aşkar edilib.

Bu sözləri Modern.az-a açıqlamasında B.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun direktoru Zöhrə Əlimirzəyeva deyib.

O qeyd edib ki, mart ayında nikah üçün tibbi arayışdan keçən 3 nəfərdə QİCS, 35 nəfərdə sifilis xəstəliyi aşkar edilib.

"2015-ci ilin iyun ayının 1-dən bu ilin mart ayınadək kimi nikaha daxil olmaq üçün 117 500 nəfər qan müayinəsindən keçib. Onlardan 6 min 521 nəfərində talassemiya daşıyıcılığı, 74 nəfərdə QİCS, 363 nəfərdə sifilis xəstəliyi aşkar edilib”.

Z.Əlimirzəyeva vurğulayıb ki, 50 cütlükdə talassemiya daşıyıcılığı aşkarlanıb.

"Bunlardan bizdə olan məlumata görə, yalnız 5-6 cütlük nikahdan imtina edib, evlənməyib. Qalanları isə evləniblər. Bunlar arasında hamiləlik müşahidə olunan cütlüklər Mərkəzə müraciət ediblər. Onlar prenetal müayinəyə göndərilib. Bizdə hələ dəqiq cavab yoxdur. Yalnız 1 nəfərin hamiləliyi öz istəyi ilə uşaq xəstə olduğundan pozulub. 1 cütlükdə isə uşaq talassemiya daşıyıcılığı aşkarlanıb və hamiləlik davam edir. Digərləri isə müayinə mərhələsindədir”.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA