Sumqayıt növbəti şəhidini uğurladı - FOTOLAR

img

07-04-2016 [12:25]


Sumqayıt daha bir şəhid verib.

Sumqayıt şəhər sakini 1996-cı il təvəllüdlü Bayramov Şülan Bayram oğlu cəbhənin təmas xəttində Tərtər istiqamətindəgedən döyüşlərdə şəhid olub.

Şəhidimizlə vidamərasimi səhər saatlarından etibarən yaşadığı mənzildə başlayıb. Dəfn mərasimi şəhidin hərbi xidmətdə olan qardaşı gəldikdən sonra günorta saatlarında baş tutacaq. Dünən gecədən sosial şəbəkələr vasitəsilə xəbər tutan şəhər əhalisi onun evinə tərəf axın etməyə başlayıb. Artıq indidən şəhidin evi qarşısında yüzlərlə insan toplaşıb. Axın hələ də davam etməkdədir.

Şəhidin evi qarşısında toplaşan gənclər "Şəhidlər ölməz, vətən bölünməz”, "Qarabağ bizimdir, bizim olacaq” və digər şüarlar səsləndirirlər.

* Fotoları təqdim edirik

publika.az

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA