Müdafiə Nazirliyindən Facebook istifadəçilərinə müraciət

img

07-04-2016 [11:00]


Müdafiə Nazirliyinin mətbuat xidməti "facebook" istifadəçilərinə müraciət edib. 

Nazirliyin mətbuat xidmətindən Mia.az-a verilən məlumata görə, artıq bir neçə gündür ki, nazirliyin rəsmi Facebook səhifəsi fəaliyyətə başlayıb. Səhifənin yaradılmasında məqsəd nazirliyin təqdim etdiyi məlumatların operativ şəkildə ictimaiyyətə çatdırmaqdan ibarətdir. Bununla yanaşı, facebook sosial şəbəkəsində Müdafiə Nazirliyinin adından saxta profillər yaradılır: "Rəsmi olaraq bildiririk ki, https://www.facebook.com/www.mod.gov.az səhifəsindən başqa yaradılan səhifələrin heç birinin Müdafiə Nazirliyinə aidiyyəti yoxdur və orada yayılan məlumatlar nazirliyin mövqeyini əks etdirmir”. "Facebook" istifadəçilərindən həmin saxta səhifələrdən şikayət etmələri xahiş olunur.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA