Əkrəm Əylisliyə ittiham elan edildi

img

06-04-2016 [20:39]


"Bu gün yazıçı Əkrəm Əylisli ilə onun hüquqlarının müdafiəsi üçün müqavilə bağladıq. Daha sonra müstəntiqin çağırışı ilə Hava Nəqliyyatında Polis İdarəsinin istintaq bölməsinə getdik. Əkrəm Əylisli əvvəlcə şübhə edilən şəxs qismində, daha sonra isə təqsirləndirilən şəxs qismində cəlb edildi və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsilə ittiham elan edildi”.

Modern.az-ın məlumatına görə, bu barədə vəkil Elçin Sadıqov bildirib.

Vəkil deyib ki, ittihamın qısa mahiyyəti ondan ibarətdir ki, Əkrəm Əylisli 30 mart 2016-cı il tarixdə ictimai qaydanı pozub, söyüşlər söyüb, DSX-nin əməkdaşı 15.09.1981-ci il təvəllüdlü Seyidov Nihal Azər oğlunun döş qəfəsinin sağ yarı hissəsinin yuxarı üçdə birinə zərbə vurub. Zərbə nəticəsində Seyidov Nihal Azər oğlunundöş qəfəsinin sağ yarı hissəsinin yuxarı üçdə biri hissəsində 3,0X2,5 ölçüdə soğlun göymütül qançır yaranıb.

Əkrəm Əylisli ittihamları qəbul etmədiyini, heç kəsə qarşı təhqir və fiziki zor tətbiq etmədiyini, belə hərəkətləri etməyə yaşının, fiziki durumunun və mənəvi durumunun imkan vermədiyini, cinayət işinin onun yazıçı fəaliyyəti ilə bağlı olduğunu bildirib. İstintaq hələ davam edir.

Əkrəm Əylisli barədə başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA