06-04-2016 [17:46]
AMEA kollektivi adından Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciət ünvanlanıb.
Bir nüsxəsi Mia.az-a daxil olan müraciətdə deyilir:
"Aprelin 6-da AMEA-nın Əsas binasında "Azərbaycan əsgərinin zəfəri: inam və dəstək” mövzusunda tədbir keçirilib. Tədbirdə AMEA kollektivi adından Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevə müraciət səsləndirilib.
Möhtərəm cənab Prezident!
Müstəqil Azərbaycan dövlətinin böyük sürətlə və hərtərəfli şəkildə inkişaf etdirilməsi, ölkəmizdə daxili sabitliyin qorunub möhkəmləndirilməsi, uğurlu xarici siyasətin həyata keçirilməsi Sizin Vətənimiz və xalqımız qarşısındakı mühüm və tarixi xidmətinizdir.
Azərbaycanda xalqımızın Ümummilli lideri Heydər Əliyevin müstəqil dövlətçilik təliminin dövlət səviyyəsində yaradıcılıqla inkişaf etdirilməsinin təmin olunması istiqamətində atılan düşünülmüş addımlar ölkəmizin müasir inkişafını və gələcək perspektivlərini müəyyən edir. Bütün sahələr üzrə müstəqil Azərbaycanı yeni inkişaf səviyyəsinə çıxarmağınız, beynəlxalq miqyasda ölkəmizin nüfuzunun daha da gücləndirilməsi yollarında həyata keçirdiyiniz mükəmməl diplomatiya Sizin xalqımızın həqiqi lideri olduğunuzu aydın surətdə ifadə edir. Dünyada gedən mürəkkəb ictimai-siyasi proseslərin, sərt qarşıdurmaların fövqündə dayanaraq ölkəmizi və xalqımızı böyük gələcəyə doğru qətiyyətlə aparmağınız Sizin dövlətçilik siyasətinizdəki qətiyyətlə müdrikliyin möhkəm üzvi vəhdətini nümayiş etdirir. Sizin müstəqil Azərbaycan dövlətində qloballaşma şəraitində milli-mənəvi dəyərlərin qorunub möhkəmləndirilməsi, vətənpərvərlik tərbiyəsinin, azərbaycançılıq məfkurəsinin daha da inkişaf etdirilməsi istiqamətlərində apardığınız məqsədyönlü siyasət xalqımızın milli varlığının inkişafında, təkamül proseslərinin dərinləşdirilməsində mühüm əhəmiyyətə malikdir. Ölkəmizdə bərqərar olmuş multikulturalizm və tolerantlıq mühitinin dünya ölkələri üçün örnəyə çevrilməsi də Sizin misilsiz xidmətlərinizdən biridir.
Hörmətli Prezidentimiz!
Azərbaycanda elmin, təhsilin, Milli Elmlər Akademiyasının daha da inkişaf etdirilməsi Sizin ölkəmizdə cəmiyyət quruculuğunda yaradıcı təfəkkürün, alimin, müəllimin, ziyalının rolunun artırılmasına göstərdiyiniz böyük qayğının əməli ifadəsidir. Hazırda Azərbaycan Milli Elmlər Akademiyasında genişmiqyaslı islahatların həyata keçirilməsi, ölkəmizdə alimin, elmin nüfuzunun artırılması görkəmli dövlət xadimi kimi Sizin böyük və hərtərəfli inkişafda ziyalı faktoruna, elm amilinə verdiyiniz yüksək qiyməti və bəslədiyiniz ümidləri nümayiş etdirir. Azərbaycan alimləri bütün bunlara görə Sizə dərin minnətdarlıqlarını ifadə etməyi özlərinin şərəfli borcu hesab edirlər.
Möhtərəm Prezident!
Azərbaycanın iqtisadiyyatı, elmi, mədəniyyəti ilə yanaşı, ordu quruculuğu sahəsindəki böyük inkişafı da müstəqil dövlətçiliyin bütün yönləri ilə inkişaf etdirilməsində mühüm rol oynayır. Ölkəmizdə həyata keçirilmiş böyük siyasət Azərbaycanın qüdrətli və ən müasir hərbi-texniki səviyyəyə malik ordusunun yaradılması ilə nəticələnmişdir. Azərbaycan əsgərinin yüksək vətənpərvərlik ruhu, nikbinlik və məsuliyyəti dövlət müstəqilliyimizin böyük bəhrəsidir. Son günlərdə ölkəmizin ərazi bütövlüyünün daha da möhkəmləndirilməsi, Ermənistan tərəfindən işğal olunmuş torpaqlarımızın geri qaytarılması istiqamətində qazanılmış mühüm uğurlar ən yaxın gələcəyin böyük qələbəsinin real təminatıdır. Azərbaycan ordusunun cəbhə xəttindəki inamlı addımları bütövlükdə xalqımızı, o cümlədən də alimlərimizi ürəkdən sevindirir və daha böyük səylə çalışmağa, fəaliyyət göstərməyə çağırır. Sizin Təhlükəsizlik Şurasının iclasındakı tarixi nitqinizdə ifadə olunan qətiyyət və inam Azərbaycan ziyalılarını müstəqil dövlətimiz qarşısında böyük və şərəfli borcunu daha da məsuliyyətlə yerinə yetirməyə səfərbər edir. Bütövlükdə xalqımız, həmçinin Azərbaycan alimləri Sizin düşünülmüş, qətiyyətli və məqsədyönlü siyasətinizi ürəkdən dəstəkləyir və müdafiə edirlər. Biz, - Azərbaycan alimləri - elm cəbhəsinin əsgərləri müstəqil Azərbaycan dövlətinin rəhbəri və Ali Baş Komandanı kimi Sizin rəhbərliyinizlə ölkəmizin və xalqımızın daha da inkişaf etdirilməsi, qorunub möhkəmləndirilməsi yollarında bütün tapşırıqları və göstərişləri yerinə yetirməyə hazırdır.
Möhtərəm cənab Prezident!
Azərbaycan torpaqlarının Ermənistanın işğalçı qüvvələrindən azad edilməsi istiqamətində qazanılmış böyük qələbəyə görə Sizi ürəkdən təbrik edirik.
Müstəqil Azərbaycan dövlətinin daha da inkişaf etdirilməsi uğrunda mübarizədə Sizə daha böyük uğurlar və möhkəm cansağlığı arzulayırıq".
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi