Nəsimi rayonunda Orduya qanvermə aksiyası keçirilib

img

06-04-2016 [16:45]


Milli Orduya dəstək olaraq Nəsimi Rayon İcra Hakimiyyəti tərəfindən 20 saylı şəhər poliklinikasında rayon ictimaiyyətinin iştirakı ilə qanvermə aksiyası keçirilib.

Qanvermə aksiyasında Nəsimi Rayonu ərazisində yerləşən idarə və təşkilatların kollektivləri, orta təhsil müəssisələrinin, Azərbaycan Dillər Universitetinin, Baki Slavyan Universitetinin, Azərbaycan Universitetinin müəllim və tələbə heyyəti, yüzlərlə könüllülər iştirak edib.

Həmçinin Azərbaycan Tibb Universitetinin Cərrahiyyə korpusunda da qanvermə aksiyası keçirilib.
Qanvermə aksiyasından sonra Nəsimi rayon İcra Hakimiyyətinin rəhbərliyi Silahlı Qüvvələrin Baş Klinik Hospitalında və Kliniki Tibbi Mərkəzdə müalicə olunan yaralı əsgərlərimizi ziyarət ediblər.

Nəsimi rayonunda Orduya qanvermə aksiyası keçirilib
Nəsimi rayonunda Orduya qanvermə aksiyası keçirilib
Nəsimi rayonunda Orduya qanvermə aksiyası keçirilib


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA