“Azərbaycan önəmli yüksəklikləri ələ keçirib” - Ermənistan təsdiqlədi

img

06-04-2016 [14:20]


Ermənistan tərəfi Azərbaycan ordusunun bəzi yüksəklikləri azad etməsini təsdiqləyib.

"Qafqazinfo” xəbər verir ki, separatçı rejimin Rusiyadakı nümayəndəsi Arsen Melik Şaxnazarov bildirib ki, Bakı bir neçə yüksəklik və postları ələ keçirə bilib və həmin yüksəkliklər kifayət qədər önəmli idi:

"Dünən elan edilən atəşkəs olmasaydı, onlar şübhəsiz ki, qaytarılacaqdı”.

Şaxnazarov, həmçinin Ermənistan tərəfinin verdiyi itkilərin sayını açıqlayıb. O bildirib ki, döyüşlər gedən 4 gün ərzində erməni tərəfi 50 əsgərini itirib, həmçinin 20-30 nəfəri itkin düşüb, 100-dən çox yaralı var.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA