Tərtər yenə atəşə tutuldu - İcra başçısı danışdı

img

06-04-2016 [12:14]


Erməni silahlı birləşmələri Tərtər rayonunu yenidən atəşə tutub.

Mia.az xəbər verir ki, bu barədə Trend-ə Tərtər rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov məlumat verib.

İcra başçısı bildirib ki, tərəflər arasında dünən günorta saatlarında hərbi əməliyyatların dayandırılması barədə razılıq əldə ediləndən sonra rayonun ərazisindəki təmas xəttində bir müddət nisbi sakitlik olub: "Azərbaycan tərəfi razılığa tam əməl etsə də, bu gecə saat 03 radələrində ermənilər bir neçə istiqamətdən Tərtərin təmas xəttindəki kəndlərini avtomat və pulemyotlardan atəşə tutub. Atışma hələ də davam edir. Azərbaycan Silahlı Qüvvələri düşmənə layiqli cavabını verir. Azərbaycan tərəfindən itki yoxdur".


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA