AŞPA həmməruzəçiləri prezidentin son əfv fərmanını alqızlayır

img

23-03-2010 [02:19]


Avropa Şurası Parlament Asambleyasının (AŞPA) üç məruzəçisi prezident İlham Əliyevin 70 məhbusun, o cümlədən Azaqlıq qəzetinin baş redaktoru Qənimət Zahidin əfv edilməsi qərarını alqışlayır. Bununla belə həmməruzəçilər Eynulla Fətullayevin əfv olunanlar arasında olmadığından təəssüflənirlər. Bu barədə AŞPA-nın internet səhifəsində yerləşdirilən bəyanatda qeyd olunur. Assambleya dəfələrlə hər iki redaktorun digər siyasi məhbus hesab olunan şəxslərlə birgə azadlığa buraxılmasına dair çağırışlar edib. Həmməruzəçilər bildirib ki, Azərbaycanın bu istiqamətdə atılan hər bir addım Avropa Şurasının siyasi məhbuslardan azad məkan olmaq cəhdinə yaxınlaşdırmağa yardım edir. Prezident İ. Əliyevin Novruz Bayramı münasibəti ilə imzaladığı yeni əfv sərəncamı ilə 62 məhbus azadlığa buraxılıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA