"Ordumuzun işğaldan azad edilmiş ərazilərdə möhkəmləndirmə həyata keçirir" - Nazirlik

img

06-04-2016 [10:16]


Bütün cəbhə boyu vəziyyət gərgin sabit olaraq qalır.

Mia.az xəbər verir ki, bunu Müdafiə Nazirliyi bildirib.

Məlumatda qeyd olunnur ki, aprelin 5-də saat 12.00-dan etibarən Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində hərbi əməliyyatların dayandırılması barədə tərəflərin əldə etdiyi razılaşmaya Silahlı Qüvvələrimiz tərəfindən ciddi surətdə riayət edilir:

"Ordumuzun bölmələri hazırda işğaldan azad edilmiş ərazilərdə möhkəmləndirmə tədbirləri həyata keçirir. Ermənistan tərəfinin dünən saat 12.00-dan sonra atəşkəs razılaşmasının Azərbaycan Silahlı Qüvvələri tərəfindən bir neçə dəfə pozulması barədə yaydığı məlumatların da heç bir əsası yoxdur".

Müdafiə Nazirliyi bildirir ki, bu kimi xəbərlərin yayılması erməni tərəfinin atəşkəs rejimini pozmaqla törədəcəyi növbəti təxribatlara zəmin yaratmaq və baş verə biləcək hadisələrə görə məsuliyyəti əvvəlcədən Azərbaycan tərəfinin üzərinə atmaq məqsədi daşıyır.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA