Putin meydanda: Azərbaycan və Ermənistan prezidentlərinə zəng etdi

img

05-04-2016 [20:14]


Rusiya prezidenti Vladimir Putin Azərbaycan və Ermənistan prezidentləri ilə telefonla danışıb. 

Rusiya tərəfinin təşəbbüsü ilə baş tutan danışıqlarda  Dağlıq Qarabağ münaqişəsi bölgəsindəki son vəziyyət müzakirə olunub.

Strateq.az Rusiya Prezidentinin rəsmi saytına istinadla xəbər verir ki, çoxsaylı itkilərə səbəb olan genişmiqyaslı hərbi toqquşmalarla bağlı ciddi narahatlığını ifadə edən V.Putin hər iki tərəfi dərhal hərbi əməlyiyatları tam dayandırmağa çağırıb.

Qeyd olunub ki, Rusiya vəziyyətin normallaşması üçün zəruri vasitəçilik addımlarını atır və atmaqda davam edəcək.

Eyni zamanda Minsk Qrupunun vasitəçiliyi ilə Bakı ilə Yerevan arasında sülh danışılqarının bərpa edilməsinin vacibliyi vurğulanıb.

Müxtəlif formatlarda təmasların davam etdirilməsi razılaşdırılıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA