05-04-2016 [13:53]
Beynəlxalq Avrasiya Mətbuat Fondu Qarabağda baş verənlərlə bağlı bəyanat yayıb.
Mia.az-a daxil olan bəyanatda deyilir:
"BMT-nin Sosial-İqtisadi Şurasının əsas məşvərətçi statuslu üzvü olan Beynəlxalq Avrasiya Mətbuat Fondu (BAMF) son günlər Qarabağda Ermənistan qoşunlarının işğalı altında olan ərazilərdə yerləşən təmas xəttində baş verən gərgin silahlı toqquşmalarla bağlı dərin narahatlığını bildirir. BAMF-ın sədri Umud Mirzəyev bildirir ki, aprelin 1-dən 2-nə keçən gecə cəbhə bölgəsində baş verənlər 1994-cü ildə Ermənistan və Azərbaycan arasında bağlanmış Atəşkəs sazişindən sonra ən irimiqyaslı hərbi əməliyyatlardır. Azərbaycanın tərkib hissəsi olan Dağlıq Qarabağda etnik münaqişə zəminində yaranan ağır hərbi qarşıdurma 90-cı illərin əvvəllərində, beynəlxalq terrorçu qruplaşmaların və Sovet İmperiyasının 366-cı alayının müdaxiləsi ilə alovlandırılmışdır. Hərbi münaqişə nəticəsində 30 mindən çox insan həlak olmuş, Dağlıq Qarabağ və onunla həmsərhəd Azərbaycanın 7 rayonu işğal olunmuşdur. Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının 1993-cü ildə Azərbaycan ərazilərinin işğal edilməsini qınayan, Azərbaycanın suverenliyi və ərazi bütövlüyü, beynəlxalq səviyyədə tanınan sərhədlərinin toxunulmazlığını bir daha təsdiq edən və Təhlükəsizlik Şurasının Dağlıq Qarabağın Azərbaycanın tərkib hissəsi olmasını tanıyan 822, 853, 874 və 884 saylı qətnamələrinə baxmayaraq bu gündə işğalçı qüvvələr zəbt olunmuş Azərbaycan ərazilərində qalmaqda davam edir, regionun inkişafına ciddi maneə olmaqla yanaşı, beynəlxalq təhlükəsizliyin qorunması istiqamətində təhdidlərə yol açır. Təəssüf hissi ilə bildirməliyik ki, münaqişənin sülh yolu ilə həll olunması üçün ATƏT-in Minsk qrupunun 20 ildən çox fəaliyyətinə baxmayaraq, münaqişənin beynəlxalq hüquqi prinsiplər əsasında həlli istiqamətində irəliləyişlər hələ də əldə edilməmiş, işğalçı qüvvələrin separatist fəaliyyətinə ikili standartlarla yanaşılmış, gərgin status kvo qorunub saxlanılmışdır. Nəticədə bu ərazilərdən məcburi köçkün düşmüş bir milyona yaxın Azərbaycanlının fundamental azadlıqları kobud şəkildə pozulmuş, işğal altındakı Azərbaycan ərazilərindəki maddi mənəvi, tarixi abidələr, yaşayış məskənləri talanaraq barbarcasına məhv edilmişdir. Cinayət tərkibli əməllərin davamı olaraq son günlər Ermənistan hərbi qüvvələrinin ardıcıl surətdə təxribatçı fəaliyyətləri nəticəsində yaranan silahlı qarşıdurmanı regionda sülhün və sosial-iqtisadi inkişafın, beynəlxalq hüququn prinsiplərinin kəskin surətdə pozulması aktı kimi dəyərləndiririk. Silahlı toqquşmalar zamanı erməni hərbi birləşmələrinin təmas xəttindən geridə yerləşən və mülki Azərbaycanlıların məskunlaşdığı yaşayış məskənlərini hədəfə alması nəticəsində 10-larla dinc sakin həlak olmuş və ya yaralanmış, infrastruktura ciddi ziyan dəymişdir. BAMF, Ermənistan hərbi qüvvələri tərəfindən uzaqmənzilli ağır raket qurğularının bölgəyə yerləşdirilməsi, etnik separatçı qüvvələrin qarşıdurmanın alovlandırılması istiqamətindəki müxtəlif təxribatçı əməllərini kəskin şəkildə pisləyir. Qarabağ müharibəsinin ilk illərindən müharibədən zərərçəkmiş ərazilərdə, sülh çağırışları ilə fəaliyyət göstərən BAMF, münaqişənin yeganə həll yolunu Qarabağ ərazisinin erməni hərbi birləşmələri tərəfindən işğalı faktının aradan qaldırılması və münaqişənin beynəlxalq hüquqi prinsiplər əsasında danışıqlar yolu ilə həll edilməsində görür. Beynəlxalq qurumları işğal faktoruna səssiz qalmamağa, bu çətin regionda davamlı sabitliyin yaranması, ədalətin bərpası üçün Azərbaycanın işğal olumuş ərazilərinin qeyd şərtsiz azad edilməsi və sülh danışıqlarının bərpa olunması istiqamətdə həmrəylik nümayiş etdirməyə çağırır".
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi