"Bizdə bu növ silah var, ancaq hələlik bu silahdan istifadə olunmayıb" - Nazirlikdən “SMERÇ” iddiasına cavab

img

05-04-2016 [12:26]


"Bizdə bu növ silah var, ancaq hələlik bu silahdan istifadə olunmayıb".

Bu barədə Azərbaycan Müdafiə Nazirliyi mətbuat xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı erməni tərəfinin Azərbaycanın Qarabağ cəbhəsində "SMERÇ” (9А52) reaktiv yaylım atəş sistemindən istifadə etməsi barədə yaydığı məlumatları şərh edərkən bildirib(Moderator.az).

Qeyd edək ki, dünən erməni tərəfi Azərbaycan ordusunun "SMERÇ”dən atəş açması barədə məlumat yaymışdı.

Xatırladaq ki, Azərbaycan ordusunun arsenalında olan bu güclü silahlar Bakıda keçirilmiş paradlarda da nümayiş olunub.

9А52 "SMERÇ” 70-120 km-ə kimi məsafədə hədəfləri məhv etməyə qadirdir. Bir raket zərbəsinin gücü 6-7 hektar ərazini dağıtmağa qadirdir.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA