"Əhali Azərbaycan Ordusunun qələbəsinə hazırlaşır" - İcra başçısı

img

05-04-2016 [12:18]


"Ermənilərin ağır artilleriyadan açdığı atəş nəticəsində Ağdam rayonunun 11 kəndini elektrik enerjisi ilə təmin edən elektrik yarımstansiyasının bir hissəsi sıradan çıxıb".

Bu barədə Ağdam rayon İcra Hakimiyyətinin başçısı Raqub Məmmədov məlumat verib.

İcra başçısı bildirib ki, dünən axşam saatlarında baş verən hadisə nəticəsində bir neçə kəndə elektrik enerjisinin verilişində fasilə yaranıb: "Gecə saatlarında rəhbərliyimlə əraziyə baxış keçirildi, dəymiş ziyan müəyyənləşdirildi və hazırda bərpa işləri gedir. Yaxın saatlarda yarımstansiyanın digər hissəsindən kəndlərin elektrik enerjisi ilə təminatı bərpa ediləcək".

R.Məmmədov bildirib ki, Ağdam sakinləri hazırda mənzillərində yaşayırlar, çünki atəş səsləri onları qorxutmur: "Bütün işlər öz qaydasında davam edir. Əhali Azərbaycan Ordusunun qələbəsinə hazırlaşır". 

Trend


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA