05-04-2016 [11:59]
"Bəzi Rusiya KİV-ri Dağlığ Qarabağdakı hadisələri birtərəfli və qeyri obyektiv işıqlandırırlar".
Bunu Rusiyanın"pravda.ru" adlı informasiya-analitik portalına müsahibəsində Azərbaycanın Rusiyadakı səfir müavini Qüdsi Osmanov bildirib.
"Bu konfliktin sülh yolu ilə həll edilməsi üçün Rusiya Federasiyası fəal vasitəçi kimi iştirak edir. Rusiya kütləvi informasiya vasitələrinin mənəvi haqqı yoxdur ki, bu hadisələri qeyri obyektiv işıqlandırsın"- deyə Qüdsi Osmanov qeyd edib.
Bundan əlavə diplomat qeyd edib ki, Azərbaycanın işğal olunmuş əraziləri ilə bağlı məsələlərə Rusiya tərəfi daha diqqətli yanaşmalıdır. Məsələn, Rusiya dövlət tarix müzeyində keçirilən erməni sərgisində Azərbaycanın işğal olunmuş torpaqlarından eksponatlar nümayiş olunaraq, erməni irsi kimi qələmə verilir. Bundan əlavə, sərgidə nümayiş olunan xəritədə Azərbaycan və Rusiyanın bəzi əraziləri Ermənistanın əraziləri kimi göstərilib.
Diplomat vurğulayıb ki, bu sərginin əsas təşkilatçılarından biri Rusiya Mədəniyyət nazirliyi çıxış edir.
"Bu məsələlərə daha diqqətli yanaşmaq lazımdır. Azərbaycan ictimaiyyəti bunu təəccüb ilə qəbul edir və başa düşmür",- deyə Qüdsi Osmanov bildirib.
Azərbaycan diasporu məsələsinə toxunan səfir müavini qeyd edib ki, Rusiyada Azərbaycan diasporu rusiya ictimaiyyətinin bir hissəsidir və diaspor siyasət ilə məşğul olmur.
Diplomatın sözlərinə görə, Dağlıq Qarabağda baş verən hadisələr barədə Rusiya ictimaiyyətinə obyektiv məlumatın çatdırılmasında Azərbaycan diasporu geniş təbliğat işləti aparmalıdır. Ümumrusiya Azərbaycan Konqresinin vəzifələrindən biri məhz bu olmalıdır. Azərbaycan-Ermənistan Dağlıq Qarabağ konfliktinin səbəbləri bərədə Rusiya jurnalistlərin suallarına cavab verən Qüdsi Osmanov bildirib ki, konfliktin əsas səbəbi erməni silahlı qüvvələri tərəfindənAzərbaycan ərazilərinin işğalıdır. O qeyd edib ki, 20 ildən artıq bu dondurulmuş konflikt nəticəsində insanlar, hərbi və mülki şəxslər həlak olur.
"Bu gün Azərbaycan güclü iqtisadiyata və güclü orduya malik olan ölkədir. Təxribat erməni silahlı qüvvələri tərəfindən həyata keçirilmişdir. Özü də Azərbaycan ərazilərində. Sual yaranır: "Ermənistan silahlı qüvvələri Azərbaycan ərazilərində nə gəzirlər? Burda həqiqəti axtarmaq lazım deyil. Ermənistan silahlı qüvvələri Azəbaycan ərazilərində yerləşərək, bütün beynəlxalq hüquq normalarını pozurlar", - deyə səfir müavini qeyd edib.
Bundan əlavə səfir müavini bildirib ki, bu gün bütün azərbaycan xalqı milli və dini mənsubiyyətindən asılı olmayaraq, öz lideri - Azərbaycanın Prezideti İlham Əliyevin ətrafında birləşiblər.
İşğal olunmuş ərazilərdən qaçqın və məcburi köçkünlərdən söz açaraq, diplomat bildirib ki, hələ indiki Ermənistanın ərazilərindən 1988-ci ildə 360 minə yaxın azərbaycanlı qaşqın düşüb. Halbuki, onların yaşadıqları ərazilər onların doğma torpağları idi.
"Sovetlər İttifaqı yarananda bu Azərbaycan torpaqları Ermənistanın tərkibinə verildi və orada yaşayan azərbaycanlılar sərhədin o tərəfində qaldılar", - deyə diplomat vurğulayıb.
"Azərbaycan torpaqlarının işğaldan azad olması - vaxt məsələsidir. Gec və ya tez bu torpaqlar azad olunacaqdır. Bu nə qədər tez olsa, o qədər yaxşı olacaq. Lakin bu baş verməyənə kimi insanlar həlak olur - dinc əhali, adi əsgərlər. Ermənistan rəhbərliyi ambisiyalarından əl çəkməli, aqressor deyil, mədəni dünyanın bir hissəsi olmalıdır", - deyə diplomat bildirib.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi