Şəhid olan polkovnik-leytenantın cənazəsi belə qarşılandı - VİDEO, FOTO

img

05-04-2016 [09:02]


Cəbhədə xəttində gedən döyüşlər zamanı şəhid olan polkovnik-leytenant Rafiq Orucovun cənazəsi Sumqayıt şəhərinə gətirilib.

Mia.az Bizimyol.info-ya istinadən xəbər verir ki, şəhər sakinləri şəhidin nəşini qarşılamaq üçün bir araya toplaşıb. Sumqayıtlılar həlak olan hərbçimizin cənazəsini izdihamla qarşılayıb. Qarşılamada icra hakimi və zabitlər də olub. Bu barədə şəhər sakini Nihat Qasımov məlumat verib. 

Cəlilabad rayonunun N saylı hərbi hissəsində qulluq edən R.Orucov döyüş zonasına könüllü yollanıb.

Şəhidin bu gün torpağa tapşırılacağı güman olunur.



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA