ABŞ-ın vitse-prezidenti İlham Əliyevlə Serj Sərkisyana zəng vurdu...

img

04-04-2016 [22:58]


Bu gün ABŞ-ın vitse-prezidenti Cozef Bayden Azərbaycan prezidenti İlham Əliyevlə və Ermənistan prezidenti Serj Sərkisyanla telefon danışığı aparıb. 

Bu barədə Bayden özü «Twitter» bloqunda yazıb. Telefon danışığı zamanı Dağlıq Qarabağ münaqişəsi ətrafındakı vəziyyət müzakirə olunub.

"Mən prezidentlər Əliyev və Sərkisyana dedim ki, Dağlıq Qarabağda hərtərəfli nizamlama onların stabilliyi, təhlükəsizliyi və çiçəklənməsi üçün olduqca vacibdir”-Bayden tvitində yazıb.

Bununla belə Ağ Ev hələlik Cozef Baydenin Azərbaycan və Ermənistan prezidentləri ilə telefon danışıqlarına dair məlumat yaymayıb.

Xatırladaq ki, aprelin 1-də, hərbi əməliyyatların başlaması ərəfəsində Cozef Bayden Vaşinqtonda İlham Əliyevlə və Serj Sərkisyanla danışıqlar aparmışdı.

Virtualaz.org 


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA